Dünya

Moskvanın adamı hələ MƏLUM DEYİL 

moskvanin-adami-hele-melum-deyilnbsp-1743451734

07 Mart, 2025 / 14:42

Rusiya Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara hazırlaşmaq üçün ABŞ ilə təmasdadır, lakin hələlik bu məsələ ilə bağlı yeni təfərrüatlar yoxdur.

Parol.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hələlik xəbər verəcəyimiz yeni heç nə yoxdur. Amerikalılarla müəyyən əlaqələrimiz var, onları davam etdiririk, yeni məlumatlar çıxan kimi məlumat verəcəyik", - Kreml sözçüsü vurğulayıb.

Peskovun sözlərinə görə, Rusiya tərəfdən danışıqlar aparacaq namizəd də hələ müəyyən edilməyib.

Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üzrə qarşıdan gələn danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini müzakirə etdiyini və bu barədə Moskvanı məlumatlandırdığını bildirib.

XƏBƏR LENTİ