Dünya

ABŞ-də istefaya göndəriləcək generalların SİYAHISI  

abs-de-istefaya-gonderilecek-generallarin-siyahisinbspnbsp-1740951386

20 Fevral, 2025 / 02:17

ABŞ-nin müdafiə naziri Pit Heqset, mövqeləri Tramp administrasiyasının siyasətinə zidd olan bir sıra general və admiralları işdən azad etməyi düşünür.

Parol.az xəbər verir ki, Pentaqon rəhbərliyi bu həftənin əvvəlində Nümayəndələr Palatasının və Senatın Respublikaçı üzvləri ilə işdən çıxarıla biləcək general və zabitlərin siyahısını müzakirə ediblər.

Məlumata görə, siyahıda olanların əksəriyyəti keçmiş müdafiə naziri Lloyd Ostin ilə sıx əlaqələrə malik olub.

Generalların və zabitlərin Heqsetə daha yaxın olan və Trampın gündəliyinə daha uyğun görünən namizədlərlə əvəzlənməsi gözlənilir.

Qeyd edək ki, prezident Donald Tramp bu həftə əvvəlki administrasiya dövründə təyin edilmiş bütün federal prokurorların işdən çıxarıldığını elan edib.

XƏBƏR LENTİ