Dünya

ABŞ müdafiə büdcəsini azaldır - Trampdan göstəriş

abs-mudafie-budcesini-azaldir-trampdan-gosteris-1740951269

20 Fevral, 2025 / 00:55

ABŞ prezidenti Donald Trampın administrasiyası Pentaqona qarşıdakı beş il ərzində müdafiə büdcəsini hər il 8% azaltmaq planını hazırlamağı tapşırıb.

Parol.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Washington Post“ qəzeti məlumat yayıb.

“Tramp administrasiyası Pentaqona böyük büdcə kəsirlərini planlaşdırmağı tapşırıb. Pentaqonun katibi Pit Heqset Pentaqonun rəhbər heyətinə və ABŞ ordusunun bütün komandanlıqlarına növbəti beş il ərzində müdafiə büdcəsini 8% azaltmaq planını hazırlamağı tapşırıb”, - nəşr yazır.

Qeyd edək ki, ötən ilin dekabr ayında Trampın sələfi Co Bayden 2025-ci il üçün 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib.

XƏBƏR LENTİ