Hakan Fidan Fransaya gedir - SƏBƏB
01 Aprel, 2025 / 15:07
19 Fevral, 2025 / 13:03
Ukraynaya konkret təhlükəsizlik təminatları lazımdır.
Parol.az xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski CNN Türk-ə müsahibəsində bildirib.
“Putin əgər müharibəyə dönmək istəsə, müzakirə masasında onu dayandıracaq insanlar olmalıdır. Bizə sözlə deyil, real və konkret təhlükəsizlik təminatlarını verə biləcək kimlərsə olmalıdır. Biz belə bir dialoqa hazırıq. Diplomatiyanın nə olduğunu bilirik. Əlbəttə, Putinlə danışmağı o qədər də xoşlamıram. Biz düşmənik və düşmənçiliyimiz davam edir. Ancaq biz bu müharibəni bitirmək üçün hər şeyi edəcəyik. Tərəfdaşlar arasında hər şey açıq kommunikasiya ilə olmalıdır. Biz şahmat oynaya bilmərik. Çünki şahmatda hər bir addımınız bəzən onlarla, bəzən yüzlərlə, bəzən isə minlərlə insanın ölümünə səbəb olur”, - deyə V.Zelenski bildirib.
Müharibəni bitirmək üçün həm Ukraynanın, həm də Rusiyanın danışıqlar masası arxasında olmasına diqqət çəkən Zelenski danışıqlarda təkcə Avropa İttifaqının deyil, Avropa qitəsinin də təmsil olunmasının vacibliyini bildirib.

01 Aprel, 2025 / 14:15
01 Aprel, 2025 / 14:12
01 Aprel, 2025 / 14:09
01 Aprel, 2025 / 14:02
01 Aprel, 2025 / 13:43
XƏBƏR LENTİ