Dünya

Ermənistan cinayətkarını BMT tribunasında TƏBLİĞ ETDİ

ermenistan-cinayetkarini-bmt-tribunasinda-teblig-etdi-1733388647

03 Dekabr, 2024 / 12:12

Dekabrın 2-də Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası baş tutub.

Parol.az xəbər verir ki, bu sessiya zamanı Ermənistan üzrə məruzəçi Yeung Kam Con bu ölkədə faşist rejimi ilə əməkdaşlıq etmiş və insanlığa qarşı cinayətlər törətmiş Qaregin Njde kimi şəxslərə heykəlin ucaldılması barədə Komitəyə məlumatların daxil olduğunu deyib.

Çıxışı zamanı ölkəsinin tolerantlıq diyarı olduğunu sübut etməyə çalışan Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan sualın ağırlığını hiss edərək, məktəb kurrikulumunun yenidən nəzərdən keçirildiyini bildirməyə məcbur qalıb. Q.Njdenin adını deməyə belə çəkinən V.Kostanyan istinad edilən şəxsin məhz XX əsrin əvvəlində, daha sonradan deyil, Ermənistan və erməni xalqı üçün vacib tarixi şəxsiyyət olduğunu deməklə Q.Njdenin faşist olduğunu təkzib edə bilməyib.

Məruzəçi Y.Kam Con bütün bunlar azmış kimi erməni xislətini daha çılpaqlığı ilə ortaya qoyub. O qeyd edib ki, bu yaxınlarda sözügedən heykəlin ətrafında mərasimlərin keçirilməsinin həmin şəxsin cəmiyyət üçün hələ də aktual olduğunun göstəricisidir. 

XƏBƏR LENTİ