Dünya

Zelenski müharibədə həlak olanların SENSASİON RƏQƏMİNİ AÇIQLADI

zelenski-muharibede-helak-olanlarin-sensasion-reqemini-aciqladi-1746047990

14 Aprel, 2025 / 09:27

Rusiya-Ukrayna müharibəsində 100 min Ukrayna hərbçisi, 13 min mülki şəxs öldürülüb.

Parol.az xəbər verir ki, bunu “CBS News” telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O eyni zamanda bildirib ki, müharibə başladıqdan bu yana Rusiya ordusu məktəblərə 1700 dəfə hücum edib. Nəticədə 600 nəfər uşaq qətlə yetirilib:

“Eyni zamanda 780 xəstəxana və klinika da hücuma məruz qalıb. Bizim xalqımız bu müharibədən çox ciddi zərər çəkib. Biz xeyli miqdarda pul və ən əsası insanlarımızın həyatını itirdik”.

O həmçinin, ABŞ tərəfinin bu müharibəyə yanaşmasını da dəyərləndirib:

“Çox təəssüf ki, hazırda rəsmi Vaşinqtonun bəyanatlarında rusmeylli narrativlər üstünlük təşkil edir. Bizim məruz qaldığımız itkiləri və çəkdiyimiz əzabları görə-görə rusların aqressor olmadığına, müharibəni onların başlamadığına inanmaq mümkündürmü? Bütün bunlar Rusiyanın informasiya siyasətinin ABŞ-a, onun siyasətinə və siyasətçilərinə güclü təsirinin göstəricisidir”.

XƏBƏR LENTİ