Dünya

ABŞ-nin Çin mallarına tətbiq etdiyi rüsumlar 104%-ə çata bilər  

abs-nin-cin-mallarina-tetbiq-etdiyi-rusumlar-104-e-cata-bilernbspnbsp-1745793017

07 Aprel, 2025 / 21:55

Pekin ABŞ mallarına yeni rüsumların tətbiqindən əl çəkməsə, Vaşinqton Çindən idxal olunan mallara tətbiq olunan rüsumlarını 104%-ə qaldıra bilər.

Parol.az xəbər verir ki, bu barədə AFP agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə bu cür yüksək rüsumlar ABŞ tərəfindən yalnız o halda tətbiq ediləcək ki, prezident Donald Tramp əvvəlcədən verdiyi sözü həyata keçirərək mövcud rüsumları artıracaq.

Belə ki, o, Çinə qarşı 54%-lik artıq razılaşdırılmış rüsumlara 50% də əlavə edərək rüsumları 104 % edəcək.

Yeni artımın aprelin 9-da təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara yeni rüsumların tətbiq olunduğunu açıqlayıb.

XƏBƏR LENTİ