Dünya

Rubio: Tramp sonu görünməyən danışıqlarda iştirak etməyəcək 

rubio-tramp-sonu-gorunmeyen-danisiqlarda-istirak-etmeyeceknbsp-1745786820

04 Aprel, 2025 / 16:13

ABŞ aylar sonra yox, bir neçə həftə sonra Rusiyanın sülhə hazır olub-olmadığını biləcək.

Parol.az xəbər verir ki, 

bunu ABŞ-ın Dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin Brüssel görüşünün yekunlarını şərh edərkən deyib.

O bildirib ki, bu müharibəni hər iki tərəf üçün məqbul şərtlərlə bitirmək mümkündür: “Əgər hər iki tərəf razılaşarsa. İndi bu şərtləri tapmaq prosesindəyik və tezliklə Rusiyanın sülhə hazır olub-olmadığını aylar sonra yox, həftələr sonra biləcəyik”.

Rubionun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın əsas məqsədi Ukraynada müharibəni mümkün qədər tez bir vaxtda başa çatdırmaqdır:

“Əgər yenidən müharibəni uzatmaq taktikası seçilsə, sonu görünməyən danışıqlarda iştirak etməyəcəyik. Nə biz, nə də Donald Tramp bu yola getməyəcək”.

XƏBƏR LENTİ