Dünya

Kremldən Trampın İranla birbaşa danışıqlar aparmaq istədiyinə dair açıqlamalarına REAKSİYA  

kremlden-trampin-iranla-birbasa-danisiqlar-aparmaq-istediyine-dair-aciqlamalarina-reaksiyanbspnbsp-1745785782

04 Aprel, 2025 / 13:50

İranın nüvə problemi yalnız sülh yolu ilə həll edilməlidir.

Parol.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın İranla birbaşa danışıqlar aparmaq istədiyinə dair açıqlamaları haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, Rusiya İranın nüvə dosyesindəki problemlərin yalnız siyasi və diplomatik yollarla müzakirə edilməli və həll edilməli olduğuna inanır. "İstisnasız olaraq bu belədir. Hesab edirik ki, tərəflər bütün məsələləri müzakirə edərkən təmkinli olmalı və diqqətini diplomatik səylərə yönəltməlidir. Hazırda biz ABŞ-la münasibətlərimizi bərpa etməklə məşğuluq, lakin İran həm də bizim tərəfdaşımızdır, çox inkişaf etmiş və çoxşaxəli münasibətlərimiz olan müttəfiqdir", - Kremlin sözçüsü vurğulayıb.

XƏBƏR LENTİ