Dünya

Gürcüstan Fransa səfirini ölkənin daxili işlərinə müdaxilə cəhdində İTTİHAM ETDİ  

gurcustan-fransa-sefirini-olkenin-daxili-islerine-mudaxile-cehdinde-ittiham-etdinbspnbsp-1745784799

04 Aprel, 2025 / 11:55

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransanın bu ölkədəki səfirini Gürcüstanın daxili işlərinə müdaxilə cəhdində ittiham edib.

Parol.az xəbər verir ki, Papuaşvili ölkədəki diplomatik nümayəndəliklərin üzvlərini Vyana Konvensiyası çərçivəsində qalmağa və beynəlxalq hüququ pozmamağa çağırıb.

“Mən bir daha bütün səfirləri, o cümlədən Fransa səfirini Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozmamağa, konvensiyanın diplomatik missiyanı qəbul edən ölkənin daxili işlərinə qarışmamağı tələb edən 41-ci maddəsi çərçivəsində qalmağa çağırıram”, - Papuaşvili qeyd edib.

Spiker Fransadakı siyasi təqiblər fonunda səfirin Gürcüstanla bağlı vəziyyəti böhran kimi dəyərləndirməsini qeyri-ciddi adlandırıb.

“Fransada siyasi opponentlər mühakimə olunur. “Le Figaro”nun bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinə görə, Fransa əhalisinin 60%-i prezidentin istefasını, 50%-i isə yeni parlament seçkilərinin keçirilməsini istəyir. Bütün bunların fonunda Fransa səfirinin Gürcüstanın məhkəmə sisteminə hücumu və bu barədə bir növ siyasi böhran kimi danışması sadəcə olaraq ciddi deyil”, - Şalva Papuaşvili bildirib.

XƏBƏR LENTİ