Dünya

Trampın federal səhiyyə xidmətlərinə irəli sürdüyü türk namizəd TƏSDİQLƏNDİ  

trampin-federal-sehiyye-xidmetlerine-ireli-surduyu-turk-namized-tesdiqlendinbspnbsp-1745783108

04 Aprel, 2025 / 08:24

ABŞ Senatı türk ürək cərrahı Mehmet Özün federal səhiyyə xidmətləri olan “Medicare” və “Medicaid”in (CMS) direktorluğuna namizədliyini təsdiqləyib.

Parol.az xəbər verir ki, Senatda keçirilən səsvermədə Öz 53 “lehinə” və 45 “əleyhinə” səsi alaraq mərkəzin direktoru vəzifəsinə təyin edilib.

Yaşlılara və aztəminatlı qruplara səhiyyə xidməti göstərən ölkənin ən yüksək qurumunu idarə edəcək Öz bu vəzifəyə təyin olunan ilk türkdür.

Qeyd edək ki, qurum 160 milyon amerikalının illik xərclərinin 1 trilyon dollardan çoxunu əhatə edən tibbi sığortasına nəzarət edir.

ABŞ-da “Medicare” 65 yaşdan yuxarı olan yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta proqramıdır. “Medicaid” isə aztəminatlı ailələri tibbi sığorta ilə təmin edən birgə federal və əyalət proqramıdır.

XƏBƏR LENTİ