Dünya

Zelenskinin Qələbə planına NATO-dan cavab gecikmədi  

zelenskinin-qelebe-planina-nato-dan-cavab-gecikmedinbspnbsp-1729108153

16 Oktyabr, 2024 / 23:29

"Bu, Zelenski və komandasının güclü işarəsidir. Mən planı tam şəkildə dəstəklədiyimi deyə bilmərəm. Ona görə, bir çox məsələlər var ki, onları daha yaxşı başa anlamalıyıq",.

Parol.az xəbər verir ki,bu sözləri NATO Baş katibi Mark Rutte Ukrayna lideri Vladimir Zelenskinin bu gün Ali Radada təqdim etdiyi Qələbə planı haqda danışarkən bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Ali Radada Rusiya ilə müharibədə ölkəsinin Qələbə Planını təqdim edib.

Planın 1-ci müddəası ölkənin dərhal NATO üzvlüyünə dəvət edilməsini nəzərdə tutur.

İkinci bənddə isə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib.

Növbəti müddəada isə Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub.

Planın 4-cü bəndi neftin qiyməti və Rusiya neftinin idxalının məhdudlaşdırılması ilə bağlıdır.

Sənədin sonuncu müddəası müharibədən sonra ölkədə peşəkar hərbçilərdən ibarət ordunun formalaşdırılacağına dair təklifdən ibarətdir.

Zelenski çıxışında bu təklifi Avropanın təhlükəsizliyinə zəmanət adlandırıb.

"Plan dəstəklənsə, biz gələn ildən gec olmayaraq müharibəni bitirə bilərik", - Zelenski vurğulayıb.

XƏBƏR LENTİ