xəbər portalı

    Azərbaycanın qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq

    Bölmə: Texnologiya Dərc olunan tarixi: 16-06-2017, 13:00
    Azərbaycanın qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaqAzərbaycanın qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq.

    Trend-in məlumatına görə, bu barədə bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin nəzdindəki Beynəlxalq Rabitə Akademiyası və Akademiyanın Azərbaycan bölməsinin təşkilatçılığı ilə “Azərbaycanda Genişzolaqlı internetin inkişafi strategiyası və yeni nəsil şəbəkələrinin tədrisdə tətbiqi” mövzusunda keçirilən konfransda bildirilib.

    Konfransda qeyd edilib ki, ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli genişzolaqlı internet xidmətlərinin təkmilləşdirilməsi istiqamətində qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir.

    Bildirilib ki, Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramına əsasən, İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdirilərək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatının tam təmin olunması nəzərdə tutulub. Proqrama əsasən, əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında "rəqəmli fərqlilik" azaldılacaq, ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək.

    Konfransda həmçinin məlumat verilib ki, BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyasının "Genişzolaqlı rabitənin vəziyyəti" adlı yeni hesabatında daha zəngin ölkələrdə internetə çıxış doyma həddinə yaxınlaşdığına görə dünyada əhalinin yoxsul təbəqəsi üçün internetə çıxış imkanları hələ ki yüksək templə artmır.

    Komissiyanın qiymətləndirməsinə görə, dünyada 3.9 milyard nəfərin internetə çıxışı yoxdur. Bununla belə, 2017-ci ilədək 3.5 milyard (dünya əhalisinin 47%-i) nəfər internetdən istifadə edəcək. Halbuki, 2015-ci ildə bu göstərici 3.2 milyard olub.

    Daha sonra məruzəçilər ölkədə genişzolaqlı internetin inkişafı istiqamətində görülən işlər barədə məlumat veriblər.

    Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Sirus Abbasbəyli Azərbaycanda internetin yaranma tarixi, inkişaf dinamikası, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanları barədə təqdimatla çıxış edib.

    Beynəlxalq Rabitə Akademiyasının prezidenti xanım Anastasiya Ositis isə çıxışında bildirib ki, təqdimatlardan da görünür ki, Azərbaycanda genişzolaqlı internetə keçid prosesləri sadəcə izlənilmir, bu xidmətlərin genişləndirilməsi, şəhərlə regionlar arasında “rəqəmli fərq”in azaldılması hökumətin marağındadır.

    Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqı üzv ölkələrin genişzolaqlı internetə keçidinin tənzimlənməsi, inkişafı və infrastrukturun formalaşması üçün tövsiyələrini əsirgəmir:

    “Əminəm ki, bugünkü konfrans Azərbaycanda genişzolaqlı internetə keçid prosesinin sürətlənməsinə öz töhfəsini verəcək”.

    Tədbirdə, həmçinin İT üzrə aparıcı mütəxəssislərin, alimlərin məruzələri dinlənilib.

    Qeyd edək ki, konfrans öz işini "İnternetşünaslıq: problemlər, konseptual baxışlar, perspektivlər" mövzusunda bölmə iclası ilə davam etdirib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Nazir müavini: "Bu il rabitə və informasiya texnologiyaları sektonun gəlirləri 1,171 mlrd. manat olub"

    Bu gün “Caspian European Club”un ("Сaspian Business Club") təşkilatçılığı ilə Bakıda Azərbaycanda İKT sektorunun inkişafına həsr olunmuş biznes-forum - “Caspian Energy Forum 2017” keçirilib....

    Muxtar respublikanın tranzit telekommunikasiya imkanları artırılıb

    Naxçıvan Muxtar Respublikasında yeni optik kabel magistrallarının tikintisi iritutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə imkan verir....

    6 dekabr - rabitəçilərin peşə bayramıdır

    6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür....

    İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi müzakirə olunub

    Noyabrın 23-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın...

    2016-cı ilin sonunadək dünya əhalisinin 50 faizi internetə çıxışa malik olacaq

    2016-cı ilin sonuna dünya əhalisinin demək olar ki, yarısı internetə çıxış imkanına malik olacaq....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.