xəbər portalı

    Təqdim ediləcək yeni “Apple” qurğuları məlum olub

    Bölmə: Texnologiya Dərc olunan tarixi: 2-06-2017, 09:25
    Təqdim ediləcək yeni “Apple” qurğuları məlum olub
    İyunun 5-də proqram tərtibatçıları üçün ənənəvi illik “WWDC 2017” konfransı başlayacaq. Ənənəyə görə, “Apple” şirkətinin “iOS”, “macOS”, “watchOS” və “tvOS” daxil olmaqla bütün əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edəcəyi gözlənilir. Həmçinin, bu il konfransda yeni qurğuların nümayişi nəzərdə tutulur. Etibarlı mənbələrin məlumatına görə, ABŞ istehsalçısı “Siri” səsli köməkçi funksiyası üçün yenilənmə və “Amazon Echo” və “Google Home” kimi qurğulara bənzər “ağıllı” evin mərkəzi olacaq “ağıllı” kolonka hazırlayır. Digər “Apple” qurğuları haqqında informasiya isə şirkətin saytının rus versiyasında yerləşdirilib.

    Məlumata görə, “Apple” saytında A1289, A1347, A1418, A1419 və A1481 nömrəli “macOS Sierra” sisteminin idarəetməsi ilə işləyən beş yeni kompüter modeli barədə məlumat yer alıb. Bunun yenilənmiş “MacBook Pro” (13 və 15 düymlü versiyalar), 12 düymlü “MacBook” və “MacBook Air” qurğularının olması ehtimal edilir.

    Bundan başqa, saytda A1843 model nömrəsi ilə yeni simsiz klaviatura haqqında informasiya qeyd edilib. Onun ötən il buraxılan “MacBook Pro” noutbuklarında olduğu kimi, “Touch Bar” sensorlu ekranla təchiz ediləcəyi gözlənilir. Saytda, həmçinin A1671, A1709, A1670 və A1701 model nömrəli dörd planşet kompüter barədə məlumatlar göstərilib. Bu isə 10,5 düymlü yeni “iPad Pro” planşetinin təqdimatı və istehsal xəttinin yenilənməsi ilə bağlı şayiələri təsdiq edir.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    “Microsoft” şirkəti yeni əməliyyat sistemini təqdim edib

    “Microsoft” şirkəti yeni “Windows 10 S” əməliyyat sistemini rəsmən təqdim edib. Proqram platforması ucuz kompüterlərdə istifadə üçün nəzərdə tutulub və “Google Chromebook” noutbuklarına rəqibdir....

    Wikileaks: “MKİ televizor vasitəsilə izləyə bilir”

    Wikileaks saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) geniş miqyaslı izləmə vasitələrinə malik olması barədə xəbər yayıb....

    Fərdi kompüter mobil qurğuya çevriləcək

    “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin noutbuklarda “Qualcomm” şirkətinin istehsalı olan prosessorlarla işləyəcək versiyasını yaratmaqla məşğuldur....

    "Apple"dən yeni rekord

    ABŞ-ın "Apple" şirkəti cari maliyyə ilinin III rübündə bütün dünya üzrə smartfon satışından əldə olunan mənfəətin 91 faizinə sahib çıxıb....

    Apple yüzlərlə azərbaycanlının kefinə "soğan doğradı"

    Son iki gündə Apple şirkətinin xidmətlərində yaranan növbəti nasazlıq istifadəçiləri mənfi mənada təəccübləndirib. Problem smartfon və İpad istifadəçilərinin son yenilənməni yüklədiyi zaman yaranıb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.