xəbər portalı

    İlham Əliyev İtaliya prezidentinə və baş nazirinə başsağlığı verib

    Bölmə: Siyasət Dərc olunan tarixi: 13-07-2016, 15:24
    İlham Əliyev İtaliya prezidentinə və baş nazirinə başsağlığı veribAzərbaycan Prezidenti İlham Əliyev qatar qəzasına görə italiyalı həmkarı Sercio Mattarellaya və baş naziri Matteo Renziyə bağsağlığı verib.

    Azərbaycan Prezidentinin İtaliyanın dövlət başçısına göndərdiyi başsağlığı məktubunda deyilir:

    "Hörmətli cənab Prezident, Ölkənizin cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

    Prezident İlham Əliyevin baş naziri Matteo Renziyə ünvanladığı məktubda isə bildirilib:

    "Hörmətli cənab baş nazir, İtaliyanın cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çox sayda insanın tələf olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    İlham Əliyev Fransa prezidentinə məktub yazdı

    Azərbaycan dövlət başçısı İlham Əliyev Fransa prezidenti Fransua Ollanda təbrik məktubu göndərib....

    İlham Əliyev: “Azərbaycanla ABŞ arasındakı münasibətlər bu gün hərtərəfli inkişaf yolundadır”

    Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Barak Obamaya təbrik məktubu göndərib. Məktubda deyilir:...

    Sarkisyan da Ərdoğana başsağlığı verdi

    Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib....

    İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib

    Prezident İlham ƏliyevTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.