xəbər portalı

    Azərbaycan-Polşa əməkdaşlığının inkişafı ilə bağlı məsələlərə dair müzakirələr aparılıb

    Bölmə: Siyasət Dərc olunan tarixi: 16-08-2017, 17:08
    Azərbaycan-Polşa əməkdaşlığının inkişafı ilə bağlı məsələlərə dair müzakirələr aparılıbBakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Polşa nümayəndə heyəti avqustun 16-da Azərbaycan Respublikası Milli Məclisində olub.

    AZƏRTAC xəbər verir ki, görüşdə Dünya Skaut Konfransının əhəmiyyəti, eləcə də Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri ilə bağlı müzakirələr aparılıb.

    Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qonaqlara ölkəmiz haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olub. Bu ənənə indi də davam edir. Bakının memarlıq quruluşunda Polşadan gələn arxitektorların mühüm xidmətləri olub. XX əsrin əvvəllərində milli ordumuzun tərkibində polyak zabitlərin rolu da danılmazdır. Xalqlarımız arasındakı bu əlaqələrin indi də davam etdiyini vurğulayan Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir.

    Söhbət zamanı parlamentlərarası əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

    Polşa nümayəndə heyətinin rəhbəri, təhsil naziri xanım Anna Zalevska Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya səfərini məmnunluqla xatırlayaraq bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına öz töhfəsini verir. Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var.

    Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında səmərəli müzakirələrin aparıldığını, tədbirin uğurlu təşkilini qeyd edən qonaq bildirib ki, Polşa 2023-cü ildə Skautlar Federasiyasının görüşünün təşkilinə namizəddir.

    Nümayəndə heyətinin digər üzvləri də Bakıda olduqlarından məmnunluqlarını bildiriblər. Onlar Bakının müasir, inkişaf edən şəhər olduğunu söyləyiblər.

    Görüşdə bu səfərin əməkdaşlığın gələcəkdə daha da inkişafı üçün səmərəli olacağına əminlik ifadə edilib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    İlham Əliyev: “Beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycan fəal iştirak edir”

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 28-də Varşavada Polşa Respublikasının Baş naziri xanım Beata Şidlo ilə görüşüb....

    Azərbaycan və İranın enerji sektorunda əlaqələrinin dərinləşdirilməsi üçün böyük potensial var

    Azərbaycan və İranın enerji sektorunda əlaqələrinin dərinləşdirilməsi üçün böyük potensial var....

    Azərbaycan Tehranla yanaşı İranın digər şəhərlərinə də birbaşa uçuşların təşkilində maraqlıdır

    İqtisadiyyat naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri,...

    Azərbaycan Respublikasının Müdafiə naziri Bolqarıstanın İqtisadiyyat naziri ilə görüşüb

    Sentyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının İqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb....

    Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanlar var

    Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkələrimiz arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.