xəbər portalı

    Elmar Məmmədyarov BMT-nin sabiq Baş katibi ilə görüşüb

    Bölmə: Siyasət Dərc olunan tarixi: 16-08-2017, 16:07
    Elmar Məmmədyarov BMT-nin sabiq Baş katibi ilə görüşübXarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirililən 41-ci Ümumdünya Skaut Konfransında iştirak etmək üçün ölkəmizə səfər edən BMT-nin sabiq Baş katibi Ban ki Munla görüşüb.

    Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, görüşdə Azərbaycanla Koreya Respublikası arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, iki ölkə arasında gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    E.Məmmədyarov Ban ki Munun ölkəmizə səfərini yüksək qiymətləndirib və belə görüşlərin ikitərəfli münasibətlərə əhəmiyyətli töhfə verdiyini bildirib. Nazir Ban ki Munun BMT-nin Baş katibi kimi fəaliyyəti dövründə ölkəmizlə təşkilat arasında əməkdaşlığın inkişaf etdirilməsində oynadığı rolu təqdir edib.

    Görüşdə bu il Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyi və bu məqsədlə hər iki ölkədə müxtəlif tədbirlərin keçirildiyi vurğulanıb.

    Ban ki Mun iki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu, bu xüsusda neft, qaz, nəqliyyat, yüksək texnologiyalar və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və birbaşa uçuşların həyata keçirilməsinin vacibliyini qeyd edib.

    Ban ki Mun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətlə maraqlanıb. E.Məmmədyarov danışıqlar prosesinin hazırkı durumu və statusu barəsində qonağı məlumatlandırıb və münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin regional sülhə və təhlükəsizliyə ciddi təhdid olan bu münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. Nazir Koreya hökumətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəklədiyinə görə təşəkkür edib.

    Ban ki Mun 41-ci Ümumdünya Skaut Konfransın təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür etdi və belə tədbirlərin dünyada gənclər arasında ideya və ünsiyyət mübadiləsinin həyata keçirilməsinə töhfə verdiyini qeyd edib.

    Görüşdə Koreya yarımadasındakı vəziyyət, dünyadakı münaqişələrin həllində BMT-nin rolunun artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Pan Gi Mun: Azərbaycan-Koreya əlaqələrini genişləndirmək üçün böyük potensial var

    Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT-nin sabiq baş katibi Pan Gi Munla görüşüb....

    Dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin həlli haqda

    Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ-ın dövlət katibi Reks U.Tillerson arasında təbrik məktubu...

    Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin perspektivləri müzakirə edilib

    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb....

    Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin perspektivləri müzakirə edilib

    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb....

    Elmar Məmmədyarov Kubanın Azərbaycandakı yeni səfiri ilə görüşüb (FOTO)

    Xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Alfredo Fidel Nieves Portuondonu qəbul edib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.