xəbər portalı

    Bahar Muradova: İsveçli deputatın müəllifi olduğu qətnamə səsvermədən keçməyərək rədd edildi

    Bölmə: Siyasət Dərc olunan tarixi: 9-07-2017, 17:30
    Bahar Muradova: İsveçli deputatın müəllifi olduğu qətnamə səsvermədən keçməyərək rədd edildiATƏT Parlament Assambleyasının Minskdə keçirilən iclasında isveçli deputat Kristian Holm-Barenfeldin müəllifi olduğu Şərqi Avropada vəziyyətə dair qətnamə səsvermədən keçməyərək rədd edildi.

    Bunu Trend-ə Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

    Onun sözlərinə görə, ümumilikdə qətnamə layihəsinin adı Şərqi Avropadakı vəziyyətə dair olsa da, mahiyyəti ona uyğun olmayıb: "Biz bu qətnamə müzakirəyə təqdim olunan vaxtdan qətnamə layihəsinin müəllifi ilə aparılan iş zamanı onun diqqətinə çatdırmağa çalışırdıq ki,layihənin adı Şərqi Avropadakı vəziyyətə aid olsa da, mahiyyəti ona uyğun deyil. Yəni layihə bütövlükdə Şərqi Avropanı əhatə etmir. Layihədə 3 ölkə - Rusiya, Azərbaycan, Belarus haqqında məlumat gedir. Nəzərə alaq ki, Azərbaycanın adı qətnamə layihəsinin yalnız əvvəlində, sonunda çəkilirdi və Azərbaycan ümumiyyətlə, bu zonaya aid ölkə deyil. Əgər Şərqi Avropadan söhbət gedirsə, onda bütövlükdə Şərqi Avropaya daxil olan ölkələrdəki vəziyyəti əks olunmalı idi. İlk olaraq, bu məsələ həm müzakirə zamanı, həm də üzbəüz söhbətlərdə onun diqqətinə çatdırıldı və bildirilirdi ki, bu, doğru deyil".

    B.Muradova deyib ki, nümayəndə heyətlərinin əksəriyyətinin üzvləri də qətnamənin birtərəfli olduğunu, qeyri-peşəkar hazırlandığını, obyektiv olmadığını, adı ilə mahiyyətinin uyğun gəlmədiyini müəllifin diqqətinə çatdırıblar: "Lakin o, fikrindən geri dönmədi, heç bir təşəbbüsü dəstəkləmədi. İnsan Hüquqları Komitəsində bu məsələ müzakirə olunarkən qətnamə ilə bağlı həmin tənqidi fikirlər səslənmişdi."

    B.Muradova bildirib ki, qətnamə 3 dəfə səsə qoyulub və onun obyektiv olmayan, şübhəli bir şəkildə qəbul olunduğu elan edilib.

    Vitse-spiker əlavə edib ki, prosedura görə, plenar sessiyada bütün sənədlər ümumi Minsk bəyannaməsi adı altında səsverməyə qoyulur. Prosedura görə, bəyannamənin hansısa bir hissəsinin yenidən səsə qoyulmasını tələb etmək mümkündür.

    Belə bir tələbin irəli sürüldüyünü deyən B.Muradova qeyd edib ki, qətnamə layihəsi bütövlükdə, yəni "Şərqi Avropada vəziyyətə dair qətnamə" tam olaraq, səsə qoyuldu və 43 lehinə və əleyhinə, 18 bitərəf olmaqla, qətnamə səsvermədən keçmədi: " Prosedura görə, o, üçdə iki səs toplamalı idi. Səs toplamadığı üçün bütövlükdə qətnamə rədd edildi. Yəni Mink bəyannaməsinin mətnində artıq Şərqi Avropada vəziyyətə dair bir sənəd yoxdur".

    Xatırladaq ki, Şərqi Avropada vəziyyətə dair qətnamə layihəsində Rusiya, Belarus və Azərbaycanda demokratik inkişafın pisləşməsi, insan hüquqlarının davam edən və çoxalan pozuntuların olması, siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyətində olduğu bildirilirdi.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Kaliforniya Senatının və Assambleyasının üzvləri Azərbaycanla bağlı qətnamə qəbul ediblər

    ABŞ-ın Kaliforniya Ştat Senatının üzvü, senator Cef Ston və Ştat Assambleyasının deputatı Roki Çavez 28 May-Respublika Gününə dair qətnamə qəbul ediblər....

    BMT-dən Şimali Koreyaya QADAĞA: Əks təqdirdə…

    BMT-nın Təhlükəsizlik Şurasının mayın 16-da keçirilən fövqəladə iclasında Şimali Koreyanın son raket sınağı ilə bağlı qətnamə qəbul edib....

    Ermənilərin növbəti təxribatı iflasa uğrayıb

    Son illər Azərbaycanın beynəlxalq təşkilatlarda müxtəlif məsələlərdə qazandığı uğurlar erməni lobbisinin və digər antiazərbaycan qüvvələrin təşvişinə səbəb olub....

    Rusiya: “Yaxın Şərqi bir-birinə Qərb vurub”

    Yaxın Şərqdəki çətin vəziyyət və terror təhdidlərinin bütün dünyada artması Qərb ölkələrinin siyasətinin nəticəsidir....

    Argentina parlamentində Azərbaycanla Dostluq Qrupunun yaradılması haqqında qətnamə qəbul edilib

    Argentina parlamentinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupunun yaradılması haqqında qətnamə qəbul edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Argentinadakı səfirliyindən məlumat verilib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.