xəbər portalı

    Ombudsman Krans Montana Forumunun iştirakçılarını ermənilərin təxribatına beynəlxalq hüquqi qiymət verməyə çağırdı

    Bölmə: Siyasət / Dünya Dərc olunan tarixi: 8-07-2017, 17:06
    Ombudsman Krans Montana Forumunun iştirakçılarını ermənilərin təxribatına beynəlxalq hüquqi qiymət verməyə çağırdıAzərbaycan ombudsmanı Elmira Süleymanova İspaniyanın Barselona şəhərində Krans Montana Forumunun 28-ci illik sessiyasında iştirak edib.

    Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfrans dünyanın gələcəkdə yeni idarəetməsində sabitlik strategiyaları, habelə bu istiqamətdə əməkdaşlıq perspektivləri məsələlərinə həsr edilib.

    Müvəkkil miqrasiya məsələlərinə həsr edilmiş plenar sessiyanın proqramında nəzərdə tutulmuş məruzə ilə çıxış edib. Məruzədə 26 illik müstəqillik tarixinə malik olan ölkəmizin iqtisadi-sosial inkişafı nəticəsində yoxsulluq, habelə işsizliyin səviyyəsinin kəskin sürətdə aşağı endirilməsi, əhalinin yaşayış səviyyəsinin artırılması, ölkə yurisdiksiyasında olan hər bir şəxsin hüquqlarının həyata keçirilməsində bərabər imkanların yaradılması, qeyri-neft sektorunun inkişafına yönəlmiş geniş tədbirlərin həyata keçirildiyi, Strateji Yol Xəritələrinin təsdiq edildiyi, habelə ölkəmizin dünyada idman ölkəsi kimi tanınması, ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışlarına ev sahibliyi etməsi və uğurla keçirilməsi vurğulanıb.

    E.Süleymanova qeyd edib ki, ikitərəfli atəşkəs razılığı əldə edilməsinə baxmayaraq, bu rejim ermənilər tərəfindən müntəzəm olaraq pozulur, 25 ildən artıq davam edən erməni hərbi təcavüzü nəticəsində minlərlə günahsız insanın həyatına son qoyulub, kütləvi şəkildə insan hüquqları kobudcasına pozulur, dünya mədəniyyətinə mənsub tarixi, dini və mədəni abidələri tam dağıdılıb, Azərbaycanın Dağlıq Qarabağ ərazisi, eləcə də yeddi ətraf rayonu işğal edilib, bununla da ölkəmizin ərazisinin 20 faizi zəbt olunub, bir milyon soydaşımız daimi yaşadığı Ermənistan ərazisində olan öz evlərindən işgəncələrə məruz qalaraq qovulub, habelə işğal olunmuş Azərbaycan torpaqlarından silah gücünə qovularaq məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqlarının kütləvi şəkildə kobudcasına pozulması və müharibə əzabları hələ də davam etməkdədir.

    Müvəkkil cari ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı ərazilərə və mülki obyektlərə hədəflənmiş şəkildə və qəsdən şiddətli atəşə tutulması nəticəsində 50 yaşlı Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğunu, Səlminaz Quliyevanın ağır yaralandığını və mülki obyektlərin dağıdıldığını bildirib.

    Qətlə yetirilmiş iki yaşlı Zəhranın və onun nənəsinin fotoları yerləşdirilmiş Azərbaycan ombudsmanının bəyanatı ingilis dilində toplantı iştirakçılarına paylanıb, həmçinin KİV-lərə təqdim olunub.

    Toplantıda Azərbaycan Ombudsmanı tərəfindən diqqətə çatdırılıb ki, bu hərbi təcavüz nəticəsində insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının, habelə Cenevrə konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və digər sənədlərin müddəaları kobud şəkildə pozulub.

    Müvəkkil Forum iştirakçılarını insanlığa qarşı törədilən bu qatı cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinə, Ermənistanın təcavüzünə son qoyulmasına, ümumbəşər beynəlxalq normalara uyğun olaraq Azərbaycanın zəbt olunmuş torpaqlarının azad olunması, erməni hərbi qüvvələrin bu ərazilərdən çıxarılması, Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və onların pozulmuş hüquqlarının bərpasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə dəstək verməyə çağırıb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    İtaliya parlamentinin üzvləri Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər

    İtaliya parlamentinin Deputatlar Palatasının üzvləri Kristina Bargero və Xalid Çauki, habelə Senatın üzvü Vito Petroçelli Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı...

    Azərbaycan XİN: “Bundan sonra bütün məsuliyyət Ermənistanın üzərinə düşür”

    Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) cəbhədəki vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanması ilə əlaqədar bəyanat yayıb....

    Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara son erməni təxribatı ilə bağlı bəyanat ünvanlayacaq

    Azərbaycan ombudsmanı tərəfindən son erməni təxribatı ilə bağlı BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına və insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa...

    Elmira Süleymanova vəzifədən gedir?

    "Elmira Süleymanovanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili kimi fəaliyyətini davam etdirməsi qanunvericiliyə uyğundur"....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.