xəbər portalı

    Alxanlı faciəsi dünya mediasının gözü ilə: Müharibənin 3 kilometrliyində yaşamaq

    Bölmə: Siyasət / Dünya Dərc olunan tarixi: 8-07-2017, 16:38
    Alxanlı faciəsi dünya mediasının gözü ilə: Müharibənin 3 kilometrliyində yaşamaqMüharibənin 3 kilometrliyində yaşamaq.

    Trend-in məlumatına görə, bu yanaşma ilə Alxanlı faciəsi ilə bağlı İspaniya, Mərkəzi və Latın Amerikasında geniş yayılan ispan dilli aparıcı xəbərlər portallarında, o cümlədən lavanguardia.com saytında yayımlanan EFE agentliyinin nümayəndəsinin məqaləsində deyilir.

    Məqalədə iyulun 4-də Ermənistan silahlı qüvvələrinin təmas nöqtəsindəki son təxibatlarından danışılır. Müəllif yazır ki, Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində ailələr 23 ildir ki, evlərinin 3 kilometrliyində yerləşmiş Ermənistan mövqelərindən açılan artilleriya atəşlərinin altında yaşayırlar: "Ötən həftə Alxanlı kəndində küçələrdən birinə mərminin düşməsi dinc azərbaycanlıların - bir qadının və onun 2 yaşlı nəvəsinin ölümü ilə nəticələnib və digər ailə üzvü yaralanıb. Yerli sakinlər bildiriblər ki, 23 ildir ki, Ermənistan silahlı birləşmələri tərəfindən artilleriya atəşinə tutulurlar".

    Ermənilərin son təxribatı ilə bağlı müəllif yazır: "Mərmilər kəndə, ətraf ərazilərdə əkin sahələrinə təsir etdi. Ermənilər birinci atəş açdılar. Ailənin yeganə oğlunun yeganə qızı ölüb. O, öz anasını və qızını itirdi ”- deyə, Ruqiyə Feyziyeva (qonşu) bildirib. Əkin sahələrinin sulanması üçün istifadə etdiyimiz suyun mənbəyi düşmən tərəfindədir. Əkin sahələri davamlı olaraq artilleriya atəşinə tutulur. Sakitlik olanda çoxları əkin sahələrinə çıxmağa cəhd edirlər. Hazırda buğda biçimi mövsümüdür - deyə digər kənd sakini Abdullayev bildirib".

    Məqalədə həmçinin qeyd edilir ki, Ermənistan tərəfi Alxanlı kəndinin atəşə tutulması faktını təsdiqləyib. Azərbaycan Müdafiə Nazirliyinə istinadən, məqalədə Alxanlı kəndində hər hansı atəş məntəqəsinin olmadığı bildirilir.

    Məqalənin sonunda Alxanlı kəndi və münaqişə haqqında qısa məlumat verilərək bildirilir ki, Alxanlı Ermənistan qoşunları tərəfindən 1993-cü ilin avqust ayında işğal edilmiş, qısa müddət sonra1994-cü ilin yanvar ayında Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilib. Hazırda Alxanlı təmas nöqtəsi adlanan cəbhə bölgəsindən 3 km az bir məsafədə yerləşir. Müharibənin 1994-cü ildə zəif intensivlik fazasına keçməsinə baxmayaraq, bu 25 ildə qarşı tərəfin mövqeləri dəyişməyib və bu kəndin əhalisi münaqişənin nəticələrindən əziyyət çəkməkdə davam edirlər.

    Məqalədə Ermənistanın müharibəyə başlayaraq, Azərbaycan ərazilərini işğal etməsi oxucuların diqqətinə çatdırılıb.

    Qeyd edək ki, məqalə müəllifi iyulun 6-da Azərbaycan Xarici İşlər və Müdafiə Nazirlikləri, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə təşkil edilmiş səfərdə iştirak edib. EFE agentliyinin nümayəndəsi qələmə aldığı fakt və məlumatları Alxanlı kəndində müşahidələri və yerli sakinlərlə söhbətləri əsasında hazırlayıb.

    Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Erməni qoşunlarının dinc azərbaycanlılara qarşı növbəti təxribatı “Opinion Internationale” nəşrinin gündəmində

    Fransanın “Opinion Internationale” nəşri erməni qoşunlarının Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin ölümü ilə nəticələnmiş növbəti təxribatı haqqında məqaləni baş xəbər kimi dərc edib....

    İstanbulda Alxanlı faciəsi ilə bağlı etiraz yürüşü keçirilib

    Türkiyədə fəaliyyət göstərən İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi (İSTAD) üzvləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar, İstanbulda...

    BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır

    BMT-də Dağlıq Qarabağda gərginliyin artmasından narahatdırlar. Trend-in məlumatına görə, bunu brifinqdə BMT-nin mətbuat katibi Stefan Düjarrik bəyan edib....

    Hərbi attaşelər və xarici KİV nümayəndələri Alxanlı kəndində ermənilərin yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər

    Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.