xəbər portalı

    İtaliyalı senator: Məni bu balaca qızın və onun nənəsinin nəşinin şəkilləri dəhşətə gətirdi

    Bölmə: Siyasət / Dünya Dərc olunan tarixi: 8-07-2017, 16:32
    İtaliyalı senator: Məni bu balaca qızın və onun nənəsinin nəşinin şəkilləri dəhşətə gətirdiMəni bu balaca qızın və onun nənəsinin nəşinin şəkilləri dəhşətə gətirdi.

    Trend-in məlumatına görə, bunu İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri senator Sercio Divina İtaliyanın "Agenzia Nova" xəbərlər agentliyinə Ermənistanın son təxribatı ilə bağlı açıqladığı bəyanatında deyib.

    "Agenzia Nova" xəbərlər agentliyinin saytında və "L'Opinione" qəzetində yayımlanan bəyanatda senator iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə hücumu, 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması və nəticədə mülki azərbaycanlıların, yaşlı qadının və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər şəxsin yaralanması və mülki obyektlərə zərər yetirməsini pisləyib və Ermənistanın işğalçılıq siyasətini tənqid edib.

    "Məni bu balaca qızın və onun nənəsinin nəşinin şəkilləri dəhşətə gətirdi, istər onların qətlə yetirilməsi, istərsə də münaqişənin davam etməsi beynəlxalq mətbuatda geniş işıqlandırılmalıdır", - deyən italyan senator törədilənlərin vandalizmdən başqa bir şey olmadığını, Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, o cümlədən qadın, uşaq və qocalardan ibarət mülki əhaliyə qarşı hücumların birbaşa, hədəflənən, sistematik xarakter daşıdığını və Ermənistanın azərbaycanlı mülki əhaliyə və mülki obyektlərə birbaşa və məqsədyönlü ziyan vurmasının beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğunu bildirib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    İtaliya parlamentinin üzvləri Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər

    İtaliya parlamentinin Deputatlar Palatasının üzvləri Kristina Bargero və Xalid Çauki, habelə Senatın üzvü Vito Petroçelli Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı...

    İtalyan siyasətçi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı təcavüzünü pisləyib

    İtaliya parlamentinin Deputatlar Palatasının üzvü Xalid Çauki Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətləri pisləyən bəyanat verib....

    Azərbaycan XİN: “Bundan sonra bütün məsuliyyət Ermənistanın üzərinə düşür”

    Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) cəbhədəki vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanması ilə əlaqədar bəyanat yayıb....

    Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara son erməni təxribatı ilə bağlı bəyanat ünvanlayacaq

    Azərbaycan ombudsmanı tərəfindən son erməni təxribatı ilə bağlı BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına və insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.