xəbər portalı

    Ermənilərin təxtribatı ilə əlaqədar bu gün Vaşinqton və Nyu Yorkda etiraz aksiyaları keçiriləcək

    Bölmə: Siyasət / Dünya Dərc olunan tarixi: 7-07-2017, 12:27
    Ermənilərin təxtribatı ilə əlaqədar bu gün Vaşinqton və Nyu Yorkda etiraz aksiyaları keçiriləcəkABŞ-da yaşayan soydaşlarımız iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilən Ermənistan Silahlı Qüvvələrinin dinc sakinlərin həlak olması və yaralanması ilə nəticələnən təxribatına etiraz olaraq Vaşinqton və Nyu York şəhərlərində aksiyalar keçirəcək.

    Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə bu gün Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Ermənistan ordusunun hücumunu və günahsız vətəndaşlara qarşı zorakı hərəkətləri pisləyən təşkilat bütün soydaşlarımızı etiraz aksiyasına qoşulmağa çağırıb.

    Bu gün, həmçinin Nyu Yorkda BMT-nin qarşısında da azərbaycanlıların etiraz mitinqi keçiriləcək. Aksiyada Amerika Azərbaycan Nyu York Assosiasiyası, Azərbaycan Qadınlar Assosiasiyası və digər təşkilatların nümayəndələri, eləcə də digər soydaşlarımız iştirak edəcəklər.

    Hər iki aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunacaq, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriləcək.

    Aksiya iştirakçıları təcavüzkar Ermənistana qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Brüsseldə Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında növbəti erməni təxribatı ilə əlaqədar aksiya keçiriləcək

    Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsinə etiraz əlaməti olaraq, Brüsseldə Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında...

    ABŞ-da Trampa “Prezidentlər günü”ndə də etiraz etdilər

    Fevralın 20-də Birləşmiş Ştatlarda “Prezidentlər Günü” bayram kimi qeyd edilir. Dünən də ölkənin bir neçə şəhərində prezident Donald Trampın əleyhinə etiraz aksiyaları keçirilib....

    Vaşinqtonda erməni işğalına qarşı etiraz aksiyası keçirildi

    Dekabrın 6-da ABŞ Konqresinin “Reybern” binasında qondarma “Dağlıq Qarabağın müstəqillik günü”nü bayram edən ermənilərin illik şousu təşkil edilib....

    Obamanın Yunanıstana səfəri etiraz doğurdu

    ABŞ prezidenti Barak Obama Yunanıstanda rəsmi səfərdədir....

    Ağ Ev qarşısında dövlət çevrilişi cəhdinə etiraz edilib

    Parol.az məlumatına görə, FETÖ-nun çevriliş cəhdinə Ağ Ev qarşısında etiraz edilib...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.