xəbər portalı

    İtaliya parlamentinin üzvləri Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər

    Bölmə: Siyasət / Dünya Dərc olunan tarixi: 6-07-2017, 12:23
    İtaliya parlamentinin üzvləri Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblərİtaliya parlamentinin Deputatlar Palatasının üzvləri Kristina Bargero və Xalid Çauki, habelə Senatın üzvü Vito Petroçelli Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətləri pisləyən, eləcə də Ermənistanın işğalçı siyasətini qınayan bəyanatlar veriblər.

    Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, iqtidar Demokratik Partiyadan olan deputat Kristina Bargero bildirib ki, bu gün daha bir körpənin həyatından qəddarlıq nəticəsində məhrum olması xəbərini almaq və hələ də aktiv fazada qalmaqda davam edən Ermənistan-Azərbaycan münaqişəsi barədə az yazan bir çox mətbuat orqanlarının laqeydliyini görmək çox ağrılıdır. “Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını tələb edən çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan və Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edən Ermənistanın silahlı qüvvələri tərəfindən iki yaşlı körpə qətlə yetirilib",- deyə italiyalı deputat vurğulayıb.

    Deputat K.Bargero Ermənistanın ən tez zamanda öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxaracağına və beynəlxalq ictimaiyyəti aldatmağa son qoyacağına ümid etdiyini bildirib. "İtaliya hökuməti isə gələn il ATƏT-ə sədrliyi dövründə konstruktiv danışıqlar vasitəsilə uzunmüddətli sülhün bərqərar olunması yolunda fəaliyyət göstərməlidir”,- deyə Kristina Bargero fikirlərini tamamlayıb.

    Hakim Demokratik partiyadan olan digər deputat, xarici əlaqələr daimi komissiyasının üzvü Xalid Çauki isə qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində bir qadının və onun nəvəsinin öldürülməsi, digər bir mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması ilə nəticələnən hücumla bağlı yeni xəbərlər dərin narahatlıq doğurur və Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olmadığını göstərir. O deyib: “Biz Ermənistan tərəfindən törədilən təcavüz aktını qəti və kəskin şəkildə qınayırıq, ziyan çəkən mülki əhali ilə tam həmrəyliyimizi ifadə edirik. Ümid edirik ki, ATƏT-in Minsk qrupunun səyləri ilə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərinə qayıtması zərurətindən başlamaqla, sülh danışıqlarını yenidən bərpa etmək mümkün olacaq”.

    İtaliya Senatında 5 ulduz hərəkatı partiyasının təmsilçisi, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü Vito Petroçelli isə bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa başlamalıdır. İtalyan senator deyib ki, 30 ilə yaxın davam edən bu müharibə ilə bağlı həm BMT, həm də ATƏT öz rəylərini dəfələrlə bildiriblər və dünən də bir qadın və bir körpənin həyatlarını itirməsinə münasibətdə susqunluq hökm sürür.

    Deputatlar Kristina Bargero və Xalid Çaukinin bəyanatları mənsub olduqları Demokratik partiyanın rəsmi internet səhifəsində və İtaliya milli xəbər agentliyi-ANSA tərəfindən yayılıb, senator Vito Petroçellinin bəyanatı isə ANSA agentliyində yerləşdirilib:

    http://www.deputatipd.it/news/esteri-chaouki-grave-aggressione-armena-solidariet%C3%A0-popolazione-azerbaigian

    http://www.deputatipd.it/news/armenia-bargero-rispetti-accordi-internazionali-e-ritiri-forze-armate-da-azerbaigianскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    İtalyan siyasətçi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı təcavüzünü pisləyib

    İtaliya parlamentinin Deputatlar Palatasının üzvü Xalid Çauki Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətləri pisləyən bəyanat verib....

    Avropa Parlamentinin üzvləri Ermənistandan mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb ediblər

    Avropa Parlamentinin üzvləri fransalı Rəşidə Dati, sloveniyalı İvo Vayql və latviyalı İveta Qriqule Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat barədə mətbuata açıqlama...

    Azərbaycan XİN: “Bundan sonra bütün məsuliyyət Ermənistanın üzərinə düşür”

    Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) cəbhədəki vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanması ilə əlaqədar bəyanat yayıb....

    Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara son erməni təxribatı ilə bağlı bəyanat ünvanlayacaq

    Azərbaycan ombudsmanı tərəfindən son erməni təxribatı ilə bağlı BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına və insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa...

    XİN: Həmsədrlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumurlar
    ---

    XİN: Həmsədrlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumurlar

    Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü və Ermənistan prezidentinin parlamentdə çıxış edərək Yenilənmiş Madrid Prinsiplərini inkar edən açıqlamasının müqabilində ATƏT-in Minsk...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.