xəbər portalı

    Fransada Makronun partiyası böyük fərqlə qalib gəldi

    Bölmə: Siyasət Dərc olunan tarixi: 19-06-2017, 10:42
    Fransada Makronun partiyası böyük fərqlə qalib gəldiFransada keçirilən parlament seçkilərinin ikinci turunda ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalıb gəlib.

    Bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

    Bülletenlərin 95 faizinin hesablanmasından sonra "İrəli, Respublika!" hərəkatı müttəfiqləri MoDem-lə (“Demokratik hərəkat” partiyası) birgə parlamentdə azı 325 yerə sahib çıxaraq mütləq çoxluğa nail olublar. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 110, “Sosialist Partiyası” – 28, sağ-mərkəzçi “Demokratlar və müstəqillər İttifaqı” – 17, “Fəth olunmayan Fransa” hərəkatı – 16, "Kommunist Partiyası" – 10, “Milli Cəbhə” – 8 mandat əldə edib.

    “Milli Cəbhə”nin lideri Marin Le Pen ilk dəfə parlamentə seçilib. Fransa parlamentinin aşağı palatası Milli Məclisə həmçinin “Fəth olunmayan Fransa” hərəkatının lideri Jan-Lyuk Melanşon və sabiq baş nazir Manuel Vals seçilib.

    Xatırladaq ki, parlament seçkilərinin 2-ci turunda seçicilərin 57-58 faizi səsvermədə iştirak etməyib.

    Daha bir maraqlı məqam. Virtualaz.org-un məlumatına görə, ilkin məlumatlara əsasən, bu seçkilərdən sonra Milli Assambleyaya 158 qadın deputat seçilib ki, bu da Fransa tarixində yeni rekorddur. Belə ki, 2012-ci ildə keçirilmiş parlament seçkilərindən sonra Milli Assambleyanın 577 deputatından 155-i qadın olmuşdu.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Tramp Makronu Fransa prezidenti seçilməsi münasibətilə təbrik etdi

    ABŞ prezidenti Donald Tramp Emmanuel Makronu Fransa prezidenti seçilməsi münasibətilə təbrik edib....

    Makron Fransa prezidenti seçildi - YENİLƏNİB

    Fransada prezident seçkilərinin ikinci turunda “İrəli” hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəlib....

    Fransa prezidentliyinə namizədin qərargahı yandırıldı

    Naməlum şəxslər Parisin mərkəzində Fransanın Milli Cəbhə Partiyasının qərargahının yerləşdiyi binanı yandırıblar....

    Saakaşvilinin xanımı Gürcüstanda hakimiyyətə gəlməyə çalışır

    Sandra Rulofs - Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı oktyabrın 8-də keçiriləcək parlament seçkilərində "Vahid Milli Hərəkat" partiyasının seçki siyahısında ikinci olacaq....

    Azərbaycanlı deputat ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə seçilib

    İyulun 5-də Tbilisidə ATƏT Parlament Assambleyasının prezidenti və vitse-prezidenti vəzifələrinə seçki keçirilib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.