xəbər portalı

    Rəsmi Bakı Avropa İttifaqı ilə çətin danışıqlar haqda

    Bölmə: Siyasət Dərc olunan tarixi: 12-06-2017, 12:56
    Rəsmi Bakı Avropa İttifaqı ilə çətin danışıqlar haqda "Azərbaycan və Aİ mövqelərdəki müxtəlifləyə baxmayaraq, danışıqlar prosesi çərçivəsində birlikdə eyni məqsədə çatmaq üçün səy göstərməlidir". Bunu Bakının Brüssel ilə strateji əməkdaşlıq müqaviləsi üzrə danışıqları məsələsini şərh edərkən jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

    "Azərbaycan və Aİ arasında növbəti danışıqlar iyunun 13-14-də keçiriləcək. İki blok məsələlələrin müzakirəsi gözlənilir. İlk blok siyasi təhlükəsizlik məsələləridir. İkincisi, ticarət məsələləri və investisiya", - deyə diplomat bildirib.

    Nazir müavininin sözlərinə görə, bundan sonra Azərbaycan iyunun sonuna qədər istənilən məsələ bloku üzrə video konfrans təyin edəcək və iyulun ilk yarısında yenidən tam müzakirələr aparılacaq.

    Məmmədquliyev Aİ ilə danışıqların asan olmadığını bildirib: "Bəzi məqamlar üzrə razılaşma əldə olunub, bəziləri üzrə yox. Danışıqlar qısa müddətdir başlayıb. Ona görə də səbr etmək lazımdır. Danışıqların məhsuldar alınması üçün səy göstərəcəyik", - o əlavə edib.

    O, danışıqlara qısa vaxtdır başlanıldığından tərəflərin noyabr ayında Brüsseldə keçiriləcək Aİ sammitinə qədər razılığa gəlcəyinə inanmadığını vurğulayıb.

    "Hesab edirəm ki, bu saziş çox vacibdir. Onun hər bəndi həm Azərbaycan, həm də Avropa üçün dəyərlidir. Noyabra qədər çatdıracağımızı düşünmürəm. Çünki məsələ zamanda yox, sazişin keyfiyyətində və tərəflərlərin strateji əməkdaşlığındadır", - nazir müavini fikrini tamamlayıb.(“Report”)скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    İstanbulda QDİƏT iclası başa çatdı

    İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının iclası başa çatıb....

    Azərbaycanlılar Avropaya nə vaxt vizasız gedəcək?

    “Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, elm, təhsil və digər sahələrlə əhatə edən yeni sazişin imzalanması ilə bağlı danışıqlar başlanılıb”....

    Avropa İttifaqı Azərbaycanla yeni razılaşmaya hazırlaşır

    Avropa İttifaqı Şurasının müvafiq işçi qrupunda Azərbaycanla yeni razılaşma üzrə mandatın müzakirəsi tam sürətlə davam edir....

    Lavrov: Qarabağ üzrə Bakıdakı danışıqlar irəliləməyə imkan verəcək

    Azərbaycan prezidenti İlham Əliyevlə söhbət olduqca faydalı idi və Vyana ilə Sankt-Peterburq görüşlərindən sonra irəliləməyə kömək edəcək....

    Lavrov: Qarabağ üzrə Bakıdakı danışıqlar irəliləməyə imkan verəcək

    Azərbaycan prezidenti İlham Əliyevlə söhbət olduqca faydalı idi və Vyana ilə Sankt-Peterburq görüşlərindən sonra irəliləməyə kömək edəcək....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.