xəbər portalı

    Tramp İlham Əliyevə məktubunda Qarabağdan yazdı

    Bölmə: Siyasət Dərc olunan tarixi: 31-05-2017, 16:20
    Tramp İlham Əliyevə məktubunda Qarabağdan yazdı
    ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

    Məktubda deyilir:

    “Hörmətli cənab Prezident. Bakıda 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Mən son 25 il ərzində Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın birgə qurduğu tərəfdaşlığı yüksək qiymətləndirirəm və bu tərəfdaşlığın davamlı inkişafını arzulayıram.

    Amerika Birləşmiş Ştatları Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının bu dəhlizin tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Mən qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu dəyərləndirirəm.

    Mən iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılması sahəsində Azərbaycanın səylərini dəstəkləyirəm və alqışlayıram, xalqlarımızın rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını arzulayıram. İqtisadiyyat, idarəçilik və məhkəmə sahələrində islahatları davam etdirdiyiniz bir zamanda Amerika Birləşmiş Ştatları Sizinlə işləməyə hazırdır. Amerika Birləşmiş Ştatları, həmçinin regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək Minsk Qrupu prosesi vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.

    Amerikalılar Azərbaycanda daha möhkəm sabitliyə və çiçəklənməyə ümid edirlər və inanırlar ki, Konfrans və Cənub Qaz Dəhlizi bu məqsədlərə nail olmaqda mühüm əhəmiyyət daşıyır”.
    /AzVision.azскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Tramp: “ABŞ Azərbaycanla əməkdaşlığa hazırdır”

    “ABŞ məhkəmə sistemində islahatlar, demokratiyanın inkişafı sahələrində Azərbaycanla əməkdaşlığa hazırdır”, - deyə ABŞ prezidenti Donald Tramp Bakıda keçirilən “Caspian&Gas 2017” 24-cü Beynəlxalq Neft və Qaz Sərgisi ilə əlaqədar...

    "Azərbaycanın rolunu yüksək qiymətləndirirəm" - Tramp

    ABŞ Prezidenti Donald Tramp mayın 31-də Bakıda keçirilən 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin iştirakçılarına ünvanladığı...

    Tramp, nəhayət ki, bacardı – Xanımının əlindən tutdu (Video)

    Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp, nəhayət ki, xanımı Melanya Trampın əlindən tuta bilib....

    Dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin həlli haqda

    Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ-ın dövlət katibi Reks U.Tillerson arasında təbrik məktubu...

    İlham Əliyev: “Azərbaycanla ABŞ arasındakı münasibətlər bu gün hərtərəfli inkişaf yolundadır”

    Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Barak Obamaya təbrik məktubu göndərib. Məktubda deyilir:...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.