xəbər portalı

    ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar

    Bölmə: Siyasət Dərc olunan tarixi: 26-10-2016, 14:03
    ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar
    ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 23-25-də regiona səfərlərinin yekununa dair bəyanat yayıblar.

    Bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri, Ermənistanın yeni təyin olunmuş müdafiə naziri və Dağlıq Qarabağın "de-fakto" hakimiyyəti ilə görüşlər keçiriblər. Səfərin məqsədi bu ilin aprel ayında baş verən toqquşmadan sonra vəziyyəti müzakirə etmək, habelə danışıqlar prosesində mövqeləri dəqiqləşdirmək olub.

    Görüşlərdə tərəflər yerlərdə vəziyyətin nisbətən sakit olduğunu təsdiqləyiblər. Həmsədrlər isə qeyd ediblər ki, atəşkəs rejimi haqqında razılaşmaya əməl edilməsi danışıqların davam etdirilməsi üçün çox vacibdir. Bundan başqa, vasitəçilər Vyana və Sankt-Peterburqda qəbul olunmuş qərarların tam həyata keçirilməsinin zəruriliyini vurğulayıblar. Vasitəçilər davamlı sülh naminə danışıqların irəliləməsi üçün işgüzar təklifləri də müzakirə ediblər. Prezidentlər isə nizamlanma prosesinin irəliyə aparılması ilə bağlı öz mövqelərini bildiriblər.

    Dövlət başçıları ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair razılaşmanı bir daha təsdiqləyiblər, bununla bağlı detalların müzakirəsi davam edir. Bəyanatda həmsədrlərin ATƏT xarici işlər nazirləri Şurasının bu ilin dekabrında Hamburqda keçiriləcək toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşərək, ilk imkandaca prezidentlərin görüşünün təşkil olunması məsələsini müzakirə edəcəkləri bildirilir.

    Bəyanatda o da vurğulanır ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər zamanı həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də görüş keçirib, itkin düşmüş insanlar barədə məlumat mübadiləsi və həmsədrlərin rəsmi şəxslərlə yüksək səviyyədə keçirdikləri görüşlərdə dəstəklədikləri humanitar tədbirlər sahəsində gördükləri işləri müzakirə ediblər.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Vasitəçilər Bakı və Yerevandan atəşkəsə əməl olunmasını tələb edir

    ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərindən atəşkəs rejiminə ciddi riayət etmələrini gözləyir....

    Uorlik: “Həmsədrlərin regiona təcili səfər planları yoxdur"

    “Həmsədrlərin regiona təcili səfərlə bağlı planları yoxdur, lakin biz tərəflərlə mütəmadi əlaqələrimizi davam etdirəcəyik”....

    İlham Əliyev Varşavada Minsk Qrupunun həmsədrləri ilə görüşdü

    Polşada işgüzar səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in Minsk Qupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryö və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə...

    Azərbaycan Prezidenti İlham Əliyev Varşavada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

    Xüsusi müxbirimiz xəbər verir ki, Polşada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryö və ATƏT-in hazırkı sədrinin...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.