xəbər portalı

    Ərdoğanın İlham Əliyevdən “özəl xahişi”...

    Bölmə: Siyasət Dərc olunan tarixi: 15-06-2016, 00:19
    Ərdoğanın İlham Əliyevdən “özəl xahişi”...Virtualaz.org xəbər verir ki, Türkiyədə nəşr olunan “Bir gün” qəzetinin yazdığın görə Ərdoğan Putinlə münasibətlərin düzəldilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevdən və Belarus prezidenti Aleksandr Lukaşenkodan vasitəçilik etməyi xahiş edib.

    Qəzetin yazdığına görə Avropa İttifaqı ilə münasibətləri korlanan, ABŞ-la münasibətləri soyuyan Ərdoğan Rusiya ilə münasibətlərdəki gərginliyin aradan qaldırılması üçün çalışır. “Ərdoğanın iki ölkə arasında vasitəçi olmaq üçün Azərbaycan lideri İlham Əliyev və Belarus lideri Aleksandr Lukaşenkonun vasitəçiliyindən istifadə edir. Mübahisəli ABŞ səfərini yarımçıq dayandırmalı olan Ərdoğan Kremllə yaxşı münasibətləri olan hər iki liderdən bununla bağlı “özəl xahiş” etdiyi bildirilir”-qəzet yazır.

    Xatırladaq ki, Azərbaycan Rusiya ilə Türkiyə arasında münasibətlərin korlanmasından ən çox narahat olan ölkədir. Su-24 təyyarəsinin vurulmasından sonra başlayan bu gərginliyin aradan qaldırılması üçün Azərbaycan prezidenti İlham Əliyev vasitəçilik etməyə hazır olduğunu lap əvvəldən ifadə edib.

    Ərdoğan son vaxtlar təyyarə insidentini yumşaltmağ çalışır və həmin hadisənin Rusiyanın Türkiyənin hava sahəsinə müdaxiləsinin nəticəsi deyil, “pilot səhvi” nəticəsində baş verdiyini deyir. Boksçu Məhəmməd Əlinin dəfn mərasimi üçün ABŞ-a gedən, lakin bir sıra xoşagəlməz sürprizlərlə üzləşərək yarımçıq geri qayıdan Ərdoğan təyyarədə jurnalistlərə açıqlamasında deyib ki, Rusiya ilə münasibətlərin düzələcəyinə hələ də inanır. “Arzu edirəm ki, ikitərəfli münasibətlərimiz qısa zamanda qaydasına düşsün, əvvəlki günlərimizə dönək”-Ərdoğan deyib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Prezident İlham Əliyev Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında iştirak edib

    İyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışı olub. "Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib....

    Erməni hərbçi İlham Əliyevə yalvardı

    Qarabağ veteranı olan erməni kömək üçün Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. ANS-in məlumatına görə, bir müddət əvvəl Bakını tərk etmiş məşhur erməni aktivist Vaan Emilyeviç Martirosyan haqqin.az redaksiyasına I...

    Azərbaycan prezidenti: ''Rusiya Baş Qərargahı bildirdi ki...''

    Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Qarabağ tarixi torpaqlarımızdır, ermənilər 19-cu əsrin sonlarında Qarabağa, digər Azərbaycan torpaqlarına Şərqi Anadoludan, İrandan köçürülüb. Hətta Qarabağda ermənilərin köçürülməsinin...

    İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb....

    Absurd politologiya, yaxud Obama Ərdoğana qarşı?

    Markesin “Yüz ilin tənhalığı” romanında belə bir epizod var: Kommunistləri satıb mühafizəkarların hakimiyyəti ilə əməkdaşlığa başlayan liberallar əslində onlarla hesablaşmayan yeni “müttəfiq”lərinin böyür-başında olmaqdan fəxarət...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.