xəbər portalı

    Prezident İlham Əliyev Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında iştirak edib

    Bölmə: Siyasət Dərc olunan tarixi: 7-06-2016, 17:31
     Prezident İlham Əliyev Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında iştirak edibİyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışı olub.

    "Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.

    Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel Azərbaycan Prezidentini salamlayaraq bu Forumun keçirilməsindən məmnun olduğunu bildirib. O, bir neçə gündən sonra Bakıda baş tutacaq “Formula-1” yarışlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

    Ziqmar Qabriel “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətinə toxunaraq onu Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni layihə kimi xarakterizə edib. Vitse-kansler Azərbaycanın yüksək nailiyyətlər əldə etdiyini deyib, iqtisadi inkişafına görə Azərbaycanın bir neçə il dalbadal dünyada birinci olduğunu diqqətə çatdırıb. Azərbaycanda çalışan alman şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini deyən iqtisadiyyat və enerji naziri ölkənin üzləşdiyi ən böyük problemdən - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edərək tərəflərin Vyana görüşündən sonra nizamlama ilə bağlı nikbinliyin yarandığını söyləyib. O, Almaniya ilə Azərbaycan arasında güclü əlaqələrin olduğunu bir daha vurğulayaraq bu Forumun ikitərəfli əlaqələrə güclü dəstək verəcəyini bildirib.

    Forumda çıxış edən Prezident İlham Əliyev Almaniya ilə Azərbaycanın yaxşı tərəfdaşlar olduqlarını, iki ölkə arasında fəal siyasi dialoqun aparıldığını bildirib. Münasibətlərin iqtisadi əlaqələrin inkişafına da təsir etdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün təhlükəsizlik və sabitlik vacibdir.

    Dövlət başçısı Azərbaycanın hazırda qlobal enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb. Avropaya qaz ixracını təmin edəcək layihənin 2012-ci ildən icra olunduğunu bildirən Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm qolu olan TAP-ın inşasının uğurla davam etdiyini deyib. Dövlət başçısı layihə üzrə güclü tərəfdaşlıq komandasının yarandığını vurğulayıb, bu layihələrə Avropa İttifaqının da böyük dəstək verdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev bütün tərəfdaşlara fayda verəcək bu layihənin mənbələrin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

    Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini deyən dövlət başçısı ixrac potensialının şaxələndirilməsi, kənd təsərrüfatının, informasiya-kommunikasiya texnologiyalarının, nəqliyyat sektorunun inkişaf etdirilməsinin prioritet məsələlər sırasında olduğunu vurğulayıb.

    Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirib, Bakıda ən böyük dəniz limanının tikintisinin aparıldığını, bununla da ölkəmizin gələcəkdə logistik mərkəzə çevriləcəyini söyləyib.

    Keçən il Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini diqqətə çatdıran dövlət başçısı bu ay ölkəmizdə “Formula–1” yarışlarının, gələn il isə IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini dedi. Azərbaycan Prezidenti bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirib.

    “Biz Azərbaycanda daha çox alman şirkətlərini görmək istəyirik”, – deyən dövlət başçısı Azərbaycanda əməkdaşlıq üçün mühüm sahələrin olduğunu vurğulayıb, bu Forumun əlaqələrin daha da möhkəmlənəcəyinə töhfə verəcəyinə əminliyini ifadə edib.
    Sonra “Knauf” şirkətlər qrupunun icraçı direktoru, Şərqi Avropa ilə İqtisadi Əlaqələr üzrə Komitənin idarə heyətinin üzvü Manfred Qrunke və Almaniya-Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbəri Samir Axundov Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin inkişafından danışdılar.скачать dle 10.3Скачать игры для Android
    Olga Y.Kek 30 sentyabr 2017 23:45

    Публикующий верен делу, интересная задумка режисуры, , лучше раскрывают ту же задумку тут мастер холодильник Korting

    Зрители негодуют, в реальности оказывается высосанным из пальца что посмотрел, хотя я бы намекнул тут посмотреть мастер холодильник Ellemme

    Согласен, достойно внимания, что занимательно, каково это сатирично, здесь я читал что то похожее мастер холодильник Hauswirt
    Təklif
    Olga Y.Kek 1 oktyabr 2017 09:57

    Да, требует изучения, главное на сколько пародоксально, на сайте я наблюдал что то аналогичное мастер холодильник Candy Царицыно
    Təklif
    Olga Y.Kek 2 oktyabr 2017 14:22

    Автор верен делу, стоящая мысль сюжета, Prezident Ilham ?liyev Berlind? Az?rbaycan-Almaniya Iqtisadi Forumunun ac?l?s?nda istirak edib » Parol.Az - по ссылке я читал что то эдентичное http://www.autoprichal.ru/blog.html
    Təklif
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Erməni hərbçi İlham Əliyevə yalvardı

    Qarabağ veteranı olan erməni kömək üçün Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. ANS-in məlumatına görə, bir müddət əvvəl Bakını tərk etmiş məşhur erməni aktivist Vaan Emilyeviç Martirosyan haqqin.az redaksiyasına I...

    Azərbaycan prezidenti: ''Rusiya Baş Qərargahı bildirdi ki...''

    Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Qarabağ tarixi torpaqlarımızdır, ermənilər 19-cu əsrin sonlarında Qarabağa, digər Azərbaycan torpaqlarına Şərqi Anadoludan, İrandan köçürülüb. Hətta Qarabağda ermənilərin köçürülməsinin...

    İlham Əliyev: “Həmin qüvvələr məni hədəf alıb"

    “Demokratiyanın inkişafı hər bir ölkə üçün böyük önəm daşıyır, o cümlədən Azərbaycan üçün. Hesab edirəm ki, biz bu istiqamətdə də böyük uğurlara nail olmuşuq. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir,...

    İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb....

    Nəsimi rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.