xəbər portalı

    Azərbaycan NATO-ya doğru – yolun harasındayıq?

    Bölmə: Siyasət Dərc olunan tarixi: 8-03-2016, 10:53
    Azərbaycan NATO-ya doğru – yolun harasındayıq?
    Sülhəddin Əkbər: “Alyansa üzvlük yolunda iki ciddi əngəl var - bunların heç biri aradan qaldırılmayıb...”
    İyulun 8-9-da NATO-nun Varşavada sammiti keçiriləcək. Sammitdə müzakirəyə çıxarılacaq məsələlərdən biri “Ukraynanın NATO standartlaşdırılması proqramının-Ukrayna 2020”-nin qəbul edilməsidir. Adından da göründüyü kimi proqram Ukraynanın 2020-ci ilə qədər NATO üzvü olmağa hazırlanmasını nəzərdə tutur.

    Beləliklə, daha bir postovet respublikası iyul ayından dünyanın ən böyük hərbi-siyasi ittifaqına üzvlük üçün həlledici yola qədəm qoyacaq. Bəs Azərbaycan NATO-ya inteqrasiya istiqamətində yolun harasındadır?

    Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının və Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, hazırda Azərbaycan-NATO münasibətləri fərdi tərəfdaşlıq proqramı çərçivəsindən o tərəfə keçməyib: “Ona görə də sabah Azərbaycana hansısa xarici hərbi müdaxilə olarsa NATO-nun bizə kömək etmək üçün əlində qanuni əsası yoxdur. İndiki halda gərək Azərbaycan hökuməti kömək üçün rəsmi müraciət eləsin. Yalnız bundan sonra köməklik göstərilməsi mümkündür. Azərbaycan NATO üzvü olması üçün hələ çox işləri həyata keçirməlidir. Azərbaycan hakimiyyəti strateji seçim etməkdə tərəddüd edir.

    NATO və Avropa Birliyinə üzvlük ilk növbədə ölkənin demokratik strateji seçim etməsini tələb edir. Yəni həmin ölkədə azad və ədalətli seçkilər keçirilməlidir, demokratiya və insan haqları sahəsində vəziyyət beynəlxalq standartlara uyğun olmalıdır və xalqın iradəsi ilə hakimiyyət formalaşmalıdır. Çünki həm Avropa Birliyinin, həm də NATO-nun özünün dəyərlər sistemi var, həm də bunlar uzunmüddətli strateji layihələrdir. Yəni üzv olmaq istəyən hər bir dövlət NATO və Avropa Birliyi ilə bərabər eyni dəyərləri və maraqları bölüşməlidir. Eyni zamanda NATO-ya qəbul olunan üzv dövlətlərdə xalqın iradəsi, demokratik seçkilərlə seçilən hökumət iş başında olmalıdır. Adıçəkilən beynəlxalq təşkilatlar əmin olmalıdırlar ki, bu hökumətin iradəsi bəyanı milli iradənin bəyanıdır. Ona görə də görürsünüzsə, üzvlüklə bağlı həmin ölkələrdə həm də referendumun keçirilməsi tələb olunur ki, NATO və Avropa Birliyi həmin ölkə ilə uzunmüddətli strateji əlaqələr qurulmasının xalqın iradəsinə söykəndiyinə əmin olsun”.
    Azərbaycan NATO-ya doğru – yolun harasındayıq?
    S.Əkbərin sözlərinə görə, Azərbaycanın NATO-ya üzvlük məsələsində xeyli geri qalması onunla əlaqədardır ki, Azərbaycan hökuməti demokratik strateji seçim etmək istəmir: “Çünki bu seçimin edilməsi istər-istəməz azad və ədalətli seçkilərin keçirilməsini tələb edəcək. Buna da hakimiyyət öz siyasi hakimiyyətinə təhdid kimi baxır, düşünürlər ki, azad, ədalətli seçki hakimiyyətin itirilməsi ilə nəticələnə bilər. Bu, başlıca daxili faktordur. Bir də xarici faktor var - Rusiya. Rusiya ətrafındakı postsovet ölkələrinin NATO üzvlüyünə qarşıdır. Yəni Azərbaycanın NATO üzvlüyü yolunda iki ciddi əngəl var. Bunların heç biri aradan qaldırılmayıb”.

    Ekspert qeyd etdi ki, Azərbaycanın özünün Milli Təhlükəsizlik Konsepsiyasında da bəyan edildiyi kimi, öz strateji xəttini seçməlidir. Milli Təhlükəsizlik Konsepsiyası 2007-ci ildə bu hakimiyyət tərəfindən qəbul edilib və orada başlıca strateji hədəfin Avroatlantik məkana inteqrasiya olduğu göstərilib.

    “Bəs Azərbaycan ordusunun hazırkı səviyyəsi NATO üzvlüyünə cavab verirmi” sualını S.Əkbər belə cavablandırdı: “2008-ci il Buxarest sammitinə qədər bütün üzv olmaq istəyən dövlətlərə “MƏP” deyilən plan-Üzvlüyə hazırlıq Proqramı təqdim olunurdu. Birincisi üzv olmaq istəyən dövlət NATO-ya bunun üçün rəsmi müraciət etməlidir. Rəsmi müraciət dəyərləndirilir və həmin ölkə ilə intensiv dialoq başlayır. Bu, əsasən siyasi dialoq olur. Üzv olmaq istəyən dövlətlər Fərdi Tərəfdaşlıq Proqramında ayrı-ayrı məqamlar üzrə yox, Proqramı tam yerinə yetirməlidirlər. Bundan sonra Üzvlüyə Hazırlıq Proqramı ölkəyə verilir. Bu proqram çərçivəsində ölkə konkret siyasi, hərbi standartlara uyğun hazırlaşdırılır. Ölkə hazırlığı başa vurduqdan sonra NATO-nun siyasi qərarını gözləyir. NATO da bu siyasi qərara hazır olmalıdır. Qonşu Gürcüstan artıq məhz bu mərhələdədir - hazırlıq proqramını başa çatdırıb və NATO-nun siyasi qərarını gözləyir Gürcüstan NATO-ya üzvlüyə hazırdır. Həm siyasi cəhətdən, həm hərbi cəhətdən hazırlıqlarını yekunlaşdırıb. Sadəcə olaraq burada başlıca məsələ bəzi NATO üzvlərinin Almaniya başda olmaqla buna qarşı çıxmasıdır. Almaniyanın Gürcüstanın NATO üzvlüyünə etirazı Gürcüstana üzvlüklə bağlı hazırlıq planı veriləcəyi halda Rusiyanın daha aqressiv hərəkət edəcəyi ilə bağlı narahatlıqdan qaynaqlanır. Artıq Gürcüstan özündən asılı olan nə varsa edib. Bundan sonra Gürcüstanın üzvlüyə qəbulu NATO-nun avropalı üzvlərinin siyasi qərarına bağlıdır”.

    Etibar SEYİDAĞAскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Müxalifətə güc mərkəzinə çevrilmə “qadağası”...

    Müxalifətə güc mərkəzinə çevrilmə “qadağası”......

    Müxalifət funksionerləri icra başçılarının çıxarılmasından məmnundurlar

    Müxalifət funksionerləri icra başçılarının çıxarılmasından məmnundurlar...

    Azərbaycan ərazilərini talayan Ermənistanla bağlı şok hesabat

    Azərbaycan ərazilərini talayan Ermənistanla bağlı şok hesabat...

    Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalanıb

    Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalanıb...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.