xəbər portalı

    Azərbaycan ərazilərini talayan Ermənistanla bağlı şok hesabat

    Bölmə: Siyasət Dərc olunan tarixi: 8-03-2016, 10:50
    Azərbaycan ərazilərini talayan Ermənistanla bağlı şok hesabat
    Düşmən ölkə Qarabağı necə talayır; rəsmi Bakı Beynəlxalq Məhkəməyə müraciət edə bilər; Elxan Şahinoğlu: “XİN-in hesabat hazırlayarkən yalnız Ermənistanın açıq mənbələrinə istinad etməsi doğru yanaşmadır”
    Qubad İbadoğlu: “Hesabat fransız və rus dillərinə də tərcümə olunub yayılmalıdır”

    Azərbaycanın işğal altındakı ərazilərindəki maddi mədəniyyət abidələrimizin, yeraltı və yerüstün sərvətlərimizin talanması barədə vaxtaşırı faktlar ortaya çıxır, məlumatlar yayılır. Hətta Azərbaycan bununla bağlı beynəlxalq qurumlara dəfələrlə müraciətlər edib, lakin hələlik bu vandalizmin qarşısını almaq mümkün olmayıb.

    Qeyri-rəsmi məlumatlara görə, Ermənistan 25 ilə yaxındır davam edən işğal nəticəsində Azərbaycana 818,88 milyard dollarlıq zərər vurub. Bu barədə Ermənistanın işğalı nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun dünən təqdim olunan hesabatında deyilir. Qeyd olunub ki, İşçi Qrupu dəymiş zərərin hesablanması işlərini davam etdirir. Araşdırmalar nəticəsində dəymiş zərərin məbləğinin artacağı istisna edilmir. Hesablamaların aparılmasında məqsəd Ermənistandan təzminat tələb etmək və bu məsələni beynəlxalq səviyyədə qaldırmaqdır.

    Bugünlərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatını təqdim etdi. Hesabatda əks olunmuş məlumatı daha çox erməni açıq mənbələrindən toplanılaraq işğal olunmuş ərazilərdə beynəlxalq hüquqa tam məhəl qoyulmadan məskunlaşmanın həyata keçirilməsi, mülkiyyət, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarəti daxil olmaqla, davamlı fəaliyyəti sübut edən kifayət qədər təsdiqedici dəlillər təmin edir.
    “Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır.

    Münaqişənin ən tez bir zamanda siyasi həllinə yönəlmiş hazırkı səylərə rəğmən, Ermənistanın həyata keçirdiyi siyasət və təcrübə onun açıq-aşkar Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi və hərbi qüvvələr tərəfindən işğal edilmiş və kütləvi şəkildə etnik təmizləmə aparılmış həmin ərazilərin ilhaqının təmin edilməsi niyyətini sübut edir. Ermənistan tərəfinin bu hərəkətlərinə qarşı adekvat beynəlxalq reaksiyanın olmaması yalnız onun cəzasızlıq və özbaşınalıq hisslərinin artmasına yardım edir.

    Bu baxımdan Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti Ermənistanı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam riayət etməyə, dərhal həm erməni, həm də xarici vətəndaşların işğal olunmuş ərazilərə köçürülməsini dayandırmaq və ləğv etməyə, dərhal Azərbaycanın işğal olunmuş ərazilərində iqtisadi və ticarət fəaliyyətini dayandırmaq və gələcəkdə də belə fəaliyyətlərdən çəkinməyə, həmin ərazilərdəki arxeoloji, mədəni və dini abidələr də daxil olmaqla, mədəni irs nümunələri və müqəddəs yerlərin dağıdılması və talan edilməsini dayandırmağa məcbur etməyə çağırır.

    Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin bütün üzvlərini Azərbaycanın Dağlıq-Qarabağ regionu və digər işğal olunmuş ərazilərində hər hansı bir qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi və onda iştirak da daxil olmaqla, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə öz ərazilərində hər hansı fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilən fəaliyyətin milli qanunvericilik imkanları da nəzərə alınmaqla, qarşısını alacaq effektiv tədbirlər görməyə çağırır" - sənəddə deyilir.

    ***

    “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatına böyük əmək sərf edilib: “Birincisi, hesabatdan bəlli olur ki, Ermənistan müxtəlif beynəlxalq şirkətləri işğal altındakı torpaqlarda qeyri-qanuni fəaliyyətə cəlb etdirir. İkincisi, Ermənistan işğal altındakı torpaqlarda qeyri-qanuni məskunlaşdırma fəaliyyətini davam etdirir. XİN-in bu hesabatı hazırlayarkən yalnız Ermənistanın açıq mənbələrinə istinad etməsi doğru yanaşmadır. Bu, imkan verir ki, Azərbaycan XİN beynəlxalq təşkilatların və elə Ermənistanın subyektiv tənqidlərindən qorunsun. Çünki faktların yalan olduğunu iddia etsələr, bütün maraqlı tərəflərə Ermənistan istinadlı xəbərləri göstərmək olar”.
    E.Şahinoğlu qeyd etdi ki, əgər hətta faktların yalan olduğunu iddia etsələr, bunun özü belə Azərbaycanın xeyrinədir: “Demək, bununla işğal altındakı torpaqlarda fəaliyyətin və məskunlaşmanın qeyri-qanuni olduğunu etiraf etmiş olacaqlar. Faktların doğruluğunun etirafı isə Ermənistanın beynəlxalq hüquqa hörmətsizliyinin göstəricisi olacaq. Buna baxmayaraq, beynəlxalq təşkilatların bu hesabatdan çıxış edərək Ermənistana təzyiq edəcəyini düşünmürəm. Beynəlxalq təşkilatlar məsələyə obyektiv yanaşsaydılar, birinci növbədə Ermənistana təzyiq edərdilər ki, silahlı qüvvələrini heç olmasa Dağlıq Qarabağ ətrafındakı torpaqlardan çıxartsınlar. Digər tərəfdən, rəsmi Bakı bir neçə dəfə ATƏT-ə müraciət edərək işğal altındakı torpaqlara faktaraşdırıcı missiya göndərməyi tələb edib. Belə bir missiya bir neçə dəfə işğal altındakı torpaqlarda olub. Ancaq onların hazırladıqları hesabat ”balanslı" olub, nə Azərbaycan, nə də Ermənistanın xətrinə dəymək istəyiblər. Yəni hesabatları eynilə Minsk Qrupu həmsədrlərinin açıqlamalarına bənzəyib. Hər halda, Azərbaycan XİN bu hesabatı hazırlayıb dünya ictimaiyyətinə təqdim etməklə beynəlxalq aləmi düşünməyə vadar edib. Bu da BMT, AŞ PA və Avropa Parlamentinin işğal altındakı torpaqlarla bağlı qəbul etdikləri ədalətli qərarlara əlavə istinad sənədi olacaq".

    E.Şahinoğlu ümumi işimizin xeyrinə olan bir gileyini də dilə gətirdi: “XİN-in sənədin tam mətnini ingilis dilində hazırlaması başadüşüləndir. Sadəcə, həmin sənədin tam mətnini Azərbaycan dilində tapa bilmirəm. Bəlkə də hazırlayıblar, mən rast gəlməmişəm. Əgər öz dilimizdə hesabatın mətni yoxdursa, bunu qüsur sayıram. Əlbəttə, hədəf beynəlxalq ictimaiyyətdir, ancaq bundan əvvəl yerli ictimaiyyətin də sənədlə tanış olmasına ehtiyac var. Bu yaxınlarda Azərbaycan parlamentinin sədri Oqtay Əsədov XİN-dən Milli Məclisə sənədlərin bərbad gündə göndərildiyini dedi. XİN-də mühüm postlarda qərar tutan diplomatlar öz ana dillərində səlis danışa və yaza bilmirlərsə, heç olmazsa, tərcüməçilərə müraciət etsinlər”.
    İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu da hesabatı müsbət xarakterizə etdi: "“Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat geniş və hərtərəfli hazılanıb, faktlarla, təsdiqedici sənədlər və fotolarla zəngindir. Odur ki, hesabatın müəlliflərinə ilk növbədə təşəkkür edirəm. Hesab edirəm ki, bu hesabat Ermənistan və Azərbaycanı təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda, o sıradan Avropa Şurasında, BMT-nin institutlarında, eyni zamanda sektoral və regional təşkilatlarda müzakirəyə çıxarılmalıdır".
    Q.İbadoğlu təmsil olunduğu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü qlobal təşkilatının beynəlxalq idarə heyətinin üzvü olaraq bu faktlardan yararlanacağını vurğuladı: “Ermənistan da 3 ildir ki, bu təşkilata üzv olmağa çalışır. Onların üzvlük ərizəsinə bu ilin noyabr ayında Astanada keçiriləcək beynəlxalq idarə heyətinin toplantısında baxılacaq. Şəxsən mən bu sənədi idarə heyətinin bütün üzvlərinə göndərəcəyəm və çalışacağam ki, burdakı faktlarla onları tanış edim. Hesabatdan açıq-aydın görünür ki, ermənilər bizim ərazimizdə mis-molibden, qızıl və digər əlvan metalları istismar edirlər. Mən şəxsən müzakirələr zamanı bu məsələni qaldıracağam. Hesab edirəm ki, digər beynəlxalq təşkilatlarda təmsil olunan azərbaycanlılar da eyni işləri görməlidir”.

    İqtisadçı alim hesab edir ki, bu hesabat dünya siyasətində rol oynayan ölkələrdə səfirliklər vasitəsilə təqdima olunmalı, diplomatik korpusumuz onu nəşr şəklində iştirakçılara paylamalıdır: “Eyni zamanda hesabatın icmalının aparıcı və nüfuzlu beynəlxalq nəşrlərdə dərci də həyata keçirilməlidir. Hesab edirəm ki, hesabat fransız və rus dillərinə də tərcümə olunub yayılmalıdır. Bundan sonra artıq bu hesabat barədə xarici mətbuatda nəşrlərə də istinad etməklə məhkəməyə müraciət etmək lazımdır. Amma çalışmaq lazımdır ki, hesabat beynəlxalq səviyyədə daha çox ictimailəşsin və onunla bağlı çoxsaylı nəşrlər olsun ki, məhkəmə zamanı biz yalnız Azərbaycan Xarici İşlər Nazırliyinə deyil, həmçinin xarici mətbuatın nəşrlərinə də istinad edək və onları əlavə sübut kimi məhkəməyə təqdim edək. Məhkəməyə müraciət istənilən halda effektli olacaq və bu addımı atmaq lazımdır”.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.