xəbər portalı

    Pomidor, xiyar, kartof, soğan ucuzlaşıb, kələm, çuğundur, sarımsaq bahalaşıb

    Bölmə: İqtisadiyyat Dərc olunan tarixi: 13-07-2017, 12:46
    Pomidor, xiyar, kartof, soğan ucuzlaşıb, kələm, çuğundur, sarımsaq bahalaşıbAzərbaycanda 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12,5 faiz artıb.

    Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2017-ci ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz artıb.

    Ay ərzində bitkiçilik məhsullarından lobya, bibər, tərxun, xiyar, pomidor, qarğıdalı, baş soğan, kartof, albalı, alça və gilasın istehsalçı qiymətlərində azalma, baş kələm, şüyüd, süfrə çuğunduru, baş sarımsaq, yonca və fındığın qiymətlərində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    İyun ayında heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiyməti artıb, südün və quş ətinin istehsalçı qiymətləri isə azalıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Azərbaycanda yükdaşıma qiymətləri 12 faizdən çox artıb
    ---

    Azərbaycanda yükdaşıma qiymətləri 12 faizdən çox artıb

    Azərbaycanda 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz artıb....

    Azərbaycanda illik inflyasiya 12%-ə çatıb

    2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının...

    Azərbaycanda illik inflyasiya 11 faizə çatıb

    Azərbaycanda bu ilin yanvar-avqust aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,8%, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,6%,...

    Azərbaycanda illik inflyasiya 11 faizə çatıb

    Azərbaycanda bu ilin yanvar-avqust aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,8%, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,6%,...

    Kürdəmirdə bostan-tərəvəz məhsulları 35-40 faiz ucuzlaşıb

    Son günlər Kürdəmirdə bostan-tərəvəz məhsullarının qiymətlərində xeyli ucuzlaşma müşahidə olunur....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.