xəbər portalı

    "Cənub-Qərb" nəqliyyat marşrutu genişləndiriləcək

    Bölmə: İqtisadiyyat Dərc olunan tarixi: 19-06-2017, 12:31
    "Cənub-Qərb" nəqliyyat marşrutu genişləndiriləcəkBakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin beştərəfli görüşü keçirilir.

    "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yollan" QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze, "Ukrayna Dəmir Yolu" SC-nin Idarə Heyətinin sədri Balçun Voytsex və Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski iştirak edirlər.

    Görüşdə "Azərbaycan Dəmir Yollan" QSC-nin sədri C.Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması və ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

    Beştərəfli görüşdə "Cənub-Qərb" nəqliyyat marşrutu - üstünlükləri və inkişaf perspektivləri, layihənin inkişaf etdirilməsində, həmçinin, bu marşrut üzrə daşımalann həyala keçirilməsində təşkilati, texnoloji və logistik məsələlərin həllində tərəflərin atdığı addımların koordinasiyası, "Cənub-Qərb" nəqliyyat marşrutu katibliyinin və əməliyyat-iş mərkəzinin yaradılması məsələləri müzakirə edilib.

    Müzakirələrdən sonra qərara alınıb ki, Hindistan Fars Körfəzi-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa istiqaməti üzrə daşımaların optimallaşdınlmasına və həmçinin, tərəflərin tranzit potensialının artırılmasına xidmət edəcək "Cənub-Qərb" nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanları genişləndirilsin. Eyni zamanda, "Cənub-Qərb" nəqliyyat marşrutu üzrə daşınacaq yüklərə iştirakçı ölkələrin dəmir yolları arasında birgə güzəştli tariflərin tətbiq edilməsi məsələsi araşdırılsın.

    Qəbul edilmiş razılığa əsasən, "Cənub-Qərb" marşrutu üzrə Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşanın dəmir yolları arasında koordinasiya işləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilir. "Cənub-Qərb" marşrutu üzrə strateji əhəmiyyətli məsələlər, həmçinin marşrutun inkişaf perspektivləri Koordinasiya Komitəsi tərəfindən həll olunacaq, Marşrut üzrə yüklərin daşınmasında mövcud olan və yaran biləcək maneələrin aşkar edilməsi və aradan qaldırılması məqsədilə Koordinasiya Komitəsinin nəzdində Azərbaycan, Gürcüstanı, İran, Ukrayna və Polşa dəmir yollarının nümayəndələrindən ibarət İşçi Qrup yaradılacaq.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    İranlı nazir: İran ilə Azərbaycanın dəmir yolları birləşəcək

    İran ilə Azərbaycanın dəmir yolları birləşəcək və bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayacaq....

    Azərbaycan və Qazaxıstan birgə müəssisə yaradır (FOTO)

    Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti (SC) arasında strateji əməkdaşlıq və birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanıb....

    Ukrayna Azərbaycanla "İpək yolu"nun ara tariflərini müzakirə edəcək

    "Ukrayna Dəmir Yolları" ASC rəhbərliyi Azərbaycan və Gürcüstandan olan həmkarları ilə "İpək yolu" layihəsi çərçivəsində bu ölkələrin ərazisi ilə yük daşımalarının ara tariflərini müzakirə etmək niyyətindədir....

    Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti “Dəmir Yolları”na verildi

    Dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların...

    Naxçıvan vasitəsilə Türkiyə və İran arasında dəmir yolu əlaqəsi yaradılacaq

    Yaxın gələcəkdə Naxçıvan vasitəsi ilə Türkiyə və İran arasında dəmir yolu əlaqəsi yaradılacaq....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.