xəbər portalı

    Azərbaycan IMO-nun 98-ci sessiyasında iştirak edib

    Bölmə: İqtisadiyyat Dərc olunan tarixi: 16-06-2017, 12:12
    Azərbaycan IMO-nun 98-ci sessiyasında iştirak edib Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında Təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 98-ci sessiyası işini yekunlaşdırıb. 1995-ci ildən Azərbaycan Respublikasının üzv olduğu adı çəkilən Beynəxalq Təşkilatın sessiyasında Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

    Bu barədə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

    Sessiyada etimadnamələr haqqında məruzə, Beynəlxalq Dəniz Təşkilatının (BDT) digər üzvlərinin qərarları, əsas sənədlərə dair düzəlişlərin qəbulu və nəzərdən keçirilməsi, BDT-nin sənədlərinin erkən tətbiqi, dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, yük və konteynerlərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirləri, insan amili, təlim və növbəçəkmə, gəmi dizaynı və konstruksiyası, naviqasiya, kommunikasiya, axtarış və xilasetmə, gəmi sistemləri və avadanlıqları, yeni tədbirlərin tətbiq edilməsi üçün potensial imkanların yaradılması, dəniz üzgüçülüyünün təhlükəsizliyinin qiymətləndirilməsi, gəmilərə edilən silahlı basqın və dəniz quldurluğu, qeyri-qanuni miqrasiya, BDT alətlərinin implementasiyası, beynəlxalq təşkilatlarla əlaqələr və digər mühüm məsələlər müzakirə olunub.

    Sessiya zamanı “Dənizdə insan həyatının mühafizəsi haqqında 1974-cü il tarixli Beynəlxalq Konvensiya”ya (SOLAS), “Qaz və aşağı alışma temperaturuna malik digər yanacaqdan istifadə edən gəmilərin təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə”yə (IGF Code), “Yüksək sürətli gəmi haqqında 1994 – cü il tarixli Beynəlxalq Məcəllə”yə (1994 HSC Code), “Yüksək sürətli gəmi haqqında 2000 – ci il tarixli Beynəlxalq Məcəllə”yə (2000 HSC Code), “Xilasedici vasitələr haqqında Beynəlxalq Məcəllə”yə (LSA Code), “Qalama üsulu ilə daşınan bərk yüklər haqqında Beynəlxalq Məcəllə”yə (IMSBC Code) təklif edilən düzəlişlər qəbul edilib.

    Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Azərbaycan xaricdən nəhəng gəmi aldı - 650 min dollara

    "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC "Bakinskaya 6" adlı yeni gəmi alıb....

    Dənizdə meyiti tapılmış neftçinin kimliyi müəyyənləşdirilib

    Qərargah həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində 2 gün əvvəl dənizdə tapılan meyitlə bağlı məlumat yayıb....

    Dənizdə tapılan itkin düşmüş neftçi Qorxmaz Rüstəmovun meyitidir

    “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2016-cı il tarixli...

    Beynəlxalq təşkilat Azərbaycan gəmiçilərinə təlim keçir

    Beynəlxalq təşkilat Azərbaycan gəmiçilərinə təlim keçir....

    ARGTMŞ-ın nümayəndə heyəti Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirak edib

    ARGTMŞ-ın nümayəndə heyəti Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən Qara Dəniz Gənclər Şəbəkəsi çərçivəsində əməkdaşlıq mövzusunda baş tutan beynəlxalq tədbirdə iştirak ediblər....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.