xəbər portalı

    Muxtar respublikanın tranzit telekommunikasiya imkanları artırılıb

    Bölmə: İqtisadiyyat Dərc olunan tarixi: 6-12-2016, 16:40
    Muxtar respublikanın tranzit telekommunikasiya imkanları artırılıbNaxçıvan Muxtar Respublikasında yeni optik kabel magistrallarının tikintisi iritutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə imkan verir. Ötən müddətdə muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulub, Naxçıvanın ilk dəfə tranzit telekommunikasiya imkanları yaradılıb.

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, muxtar respublikanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi üçün ümumi uzunluğu 242 kilometr olan Sədərək-Ordubad arası fiber-optik kabel magistral xəttinin tikintisi iki il əvvəl başa çatdırılıb. Bu gün muxtar respublikada fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1500 kilometrə yaxındır. Bu da Naxçıvanda rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan verib, “Evədək optika” layihəsinin icrasına başlanıb.

    İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin maddi-texniki bazası daha da möhkəmləndirilib, muxtar respublikanın internet resurslarının genişlənməsi ilə əlaqədar əlavə server avadanlıqları və irihəcmli məlumatların qəbulu və paylanması üçün şəbəkə avadanlıqları alınıb. Həmçinin İP ünvanların çatışmazlığı aradan qaldırılıb, Türkiyə Respublikasının “Türk Telekom” şirkəti ilə əməkdaşlıq protokolu imzalanıb. Türkiyə istiqamətində əlavə fiber-optik kabel xətti çəkilib, Naxçıvana daxil olan internet kanalının həcmi artırılıb. Hazırda muxtar respublikanın ərazisinin 98 faizində genişzolaqlı, 99 faizində isə mobil internet xidmətləri göstərilir.

    “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar “Elektron hökumət” portalı üzərindən rabitə və internet xidmətləri, elektrik enerjisi, qaz və sudan istifadə haqlarının onlayn rejimdə ödənilməsi təşkil edilib, istifadəçilərin portalda qeydiyyatdan keçməsi avtomatlaşdırılıb və portalın təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülüb. “Bir pəncərə” prinsipi əsasında dövlət orqanlarının xidmətləri portala inteqrasiya edilib. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 80-dən artıq dövlət təşkilatına və 12 idman federasiyasına elektron poçt ünvanları və domen adları verilib, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilib.

    Bu ilin əvvəlində Naxçıvan Muxtar Respublikasında Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilib. Bunun üçün idarələr arasında qapalı şəbəkə qurulub, mərkəzi server avadanlıqları alınıb və müvafiq proqram təminatı hazırlanıb, 80 təşkilatın sistemə qoşulması təmin edilib.

    Muxtar respublikada elektron təhsil infrastrukturunun yaradılması və təhsildə yeni texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə işlər daha da genişləndirilib, əsaslı təmir edilən və yeni istifadəyə verilən təhsil müəssisələrində kompüter dəstləri quraşdırılaraq internetə qoşulub. Həmçinin təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün distant təhsil sistemi yaradılıb, internet üzərindən interaktiv dərslərin keçilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin saytında elektron təhsil xidməti istifadəyə verilib, orta ixtisas və ümumtəhsil məktəblərinin iştirakı ilə distant dərslərin keçilməsinə başlanıb. Hazırda muxtar respublika üzrə 236 təhsil müəssisəsi və 16 muzey distant təhsil sisteminə qoşulub.

    Rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik kabel xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkəsinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradır. Hazırda “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti bir mərkəzi, yeddi filial və 160 poçt bölməsi ilə muxtar respublikada müasir poçt xidmətləri təqdim edir. Poçt məntəqələrində ənənəvi poçt xidmətləri ilə yanaşı, bütün növ xidmət haqlarının yığılması da təmin olunub. Hazırda muxtar respublikada, ümumilikdə, 142 poçt məntəqəsi avtomatlaşdırılıb, 153 POS-terminal qurulub. “Naxçıvanpoçt” MMC-nin kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulmasından sonra bu sistemə daxil olmuş bütün bank-maliyyə sektorunun və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılması həyata keçirilir. Naxçıvan şəhərində qaz və elektrik sayğaclarının smartkart tipli sayğaclarla dəyişdirilməsi ilə poçt bölmələrində həmin kartların yüklənməsi işinin təşkili üçün Naxçıvan Şəhər Rabitə İdarəsində server qurulub, Naxçıvan şəhərində 10 poçt bölməsi yeni kompüter və kart oxuyucu ilə təmin edilib.

    Texnologiyanın inkişaf tempi elektron imzadan istifadəyə tələbatı da artırıb. Bu tələbatı ödəmək məqsədilə “Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi” yaradılıb, “Naxçıvanpoçt” MMC-nin rayon filiallarında elektron imza kartının verilməsinə başlanıb.

    Bu ilin ən əlamətdar hadisəsi muxtar respublikada dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi olub. Mobil rabitə şəbəkəsinin 98 baza stansiyasının hər biri ilə mərkəzi idarəetmə sistemi arasında fiber-optik kabel xətləri çəkilib və saniyədə 1 giqabit informasiya daşıya bilən avadanlıqlar qurulub. Dördüncü nəsil mobil rabitə sistemi məlumatların alınması və ötürülməsi üçün özündən əvvəlki sistemlərlə müqayisədə daha yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Naxçıvan: ilin əvvəlindən bəri 2 min 600-dən çox insan işlə təmin olunub

    Bu ilin 11 ayı ərzində 2 min 607 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə düzəldilib, 277 nəfər haqqıödənilən ictimai işlərə cəlb olunub....

    Payız mövsümündə muxtar respublikada 270 hektardan çox sahə yaşıllaşdırılıb

    Cari ilin payız mövsümündən bu günədək muxtar respublikada 274,7 hektar sahədə yaşıllaşdırma tədbirləri aparılıb....

    Muxtar respublikanın xarici ticarət əlaqələri genişlənir, ixrac idxalı üstələyir

    Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb....

    Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsinə yekun vurulub

    Naxçıvan şəhərindəki Gənclər Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən...

    İxtisasartırma kursunu bitirən 24 nəfərə sertifikat verilib

    Naxçıvan Müəllimlər İnstitutunda elektron lövhədən istifadə qaydaları, yeni təlim metodlarının tətbiqi üzrə təşkil olunan ixtisasartırma kursunu bitirənlərə sertifikatların təqdim edilməsi mərasimi olub....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.