xəbər portalı

    Muxtar respublikanın xarici ticarət əlaqələri genişlənir, ixrac idxalı üstələyir

    Bölmə: İqtisadiyyat Dərc olunan tarixi: 22-11-2016, 15:36
    Muxtar respublikanın xarici ticarət əlaqələri genişlənir, ixrac idxalı üstələyirMuxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb. Cari ilin yanvar-oktyabr aylarında Naxçıvanda 358 milyon 987 min 300 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb.
    Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, ixracın həcmi son bir ildə 1,3 faiz artaraq 325 milyon 800 min 200 ABŞ dolları, idxalın həcmi 34,5 faiz azalaraq 33 milyon 187 min 100 ABŞ dolları təşkil edib. 292 milyon 613 min 100 ABŞ dolları həcmində müsbət saldo yaranıb.
    Bu ilin yanvar-oktyabr aylarında Naxçıvanda 1 milyard 999 milyon 800 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
    Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artaraq 4479,8 manata çatıb.
    Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 787 milyon 680 min 700 manat həcmində məhsul istehsal edilib. Bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 2,2 faiz üstələyir.
    İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada əsas kapitala 824 milyon 480 min 600 manat həcmində investisiya yönəldilib ki, bu da bir il öncəki göstəricidən 5,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 753 milyon 860 min 300 manatı və ya 91,4 faizi tikinti-quraşdırma işlərinin payına düşür.
    Kənd təsərrüfatı yenə də iqtisadiyyatda aparıcı yerlərdən birini tutur. Cari ilin yanvar-oktyabr aylarında 348 milyon 879 min 400 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 6,4 faiz üstələyir.
    Məlumatda bildirilir ki, təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2016-cı ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 28 milyon 400 min 100 manat məbləğində kreditlər verilib. Verilmiş kreditlərin 9 milyon 235 min 800 manatı və yaxud 32,5 faizi qısamüddətli, 19 milyon 164 min 300 manatı və yaxud 67,5 faizi uzunmüddətli kreditlərdir.
    Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı qədim diyarda yaşayış səviyyəsinin yüksəlməsi ilə şərtlənir. Bu da öz növbəsində demoqrafik vəziyyətə də təsirsiz ötüşmür. Belə ki, 2016-cı il 1 oktyabr tarixinə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4876 nəfər və ya 1,1 faiz artaraq 448 min 40 nəfər təşkil edib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    On ayda Azərbaycandakı magistral neft kəmərləri ilə 37,1 milyon tonadək neft nəql olunub

    Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 37 milyon 31,6 min ton neft nəql olunub....

    Bu il Azərbaycanda 34,7 milyon ton neft və 24,6 milyard kubmetr qaz hasil edilib

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 34 milyon 718,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 24 milyard 609,9 milyon kubmetr təbii qaz hasil olunub. Həmin dövrdə əmtəəlik təbii qazın hasilatı isə 15 milyard...

    Azərbaycanda 1 milyon 312 min nəfər pensiya alır

    Azərbaycanda oktyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb....

    Azərbaycanda əhalinin sayı 10 milyona çatır

    2016-cı ilin yanvar-may aylarında Azərbaycanda əhalinin sayı 41,8 min nəfər və ya 0,4 faiz artaraq 2016-cı il iyun ayının 1-i vəziyyətinə 9 milyon 747 min 400 nəfərə çatıb....

    Yaponiya əhalisi bir il ərzində 160 min nəfər azalıb

    Yaponiya əhalisi ardıcıl olaraq 7 ildir azalmaqda davam edir. Cari ilin əvvəlində ölkədə əhalinin sayı 128 milyon 66 min 211 nəfər olub. Bu da keçən illə müqayisədə 160 min 272 nəfər azdır....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.