xəbər portalı

    SOCAR İstiqrazları bu gündən təkrar bazara çıxarılıb

    Bölmə: İqtisadiyyat Dərc olunan tarixi: 18-10-2016, 11:25
    SOCAR İstiqrazları bu gündən təkrar bazara çıxarılıbBu gündən SOCAR İstiqrazlarının (ISIN nömrəsi AZ2001019895) Bakı Fond Birjasında (BFB) təkrar bazarına start verilir.

    BFB-dən verilən məlumata görə, SOCAR İstiqrazlarının anderrayteri olmuş "PSG-Kapital" investisiya şirkəti həm də istiqrazların təkrar bazarda SOCAR tərəfindən təyin olunmuş market-meykeri olmaqla, onların BFB-də təkrar bazar likvidliyini təmin edəcək.

    "PSG Kapital" istiqrazlar üzrə sabahdan etibarən BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcək.

    SOCAR birja üzvü olan "PSG Kapital" vasitəsilə istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürüb. İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə SOCAR tərəfindən təmin olunacaq.

    SOCAR İstiqrazlarını BFB-də təkrar bazardan almaq və ya satmaq üçün BFB-nin üzvü olan investisiya şirkətlərinə, eyni zamanda ASAN xidmətin 1 və 5 saylı mərkəzlərində yerləşən birja üzvü nümayəndələrinə müraciət oluna bilər. SOCAR İstiqrazlarının (ISIN nömrəsi AZ2001019895) BFB-də yerləşdirilməsi 14 oktyabr 2016-cı il tarixində həyata keçirilib. İstiqrazlar nominal qiymətlə 100 000 000 dollar olmaqla, tam həcmdə yerləşdirilib. SOCAR İstiqrazlarına ümumilikdə 203 milyon 495 min dollar həcmində abunə sifarişi toplanıb. Abunə yazılışı müddəti ərzində bu vəsaitlər Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı Klirinq Hesabında toplanıb.

    Beləliklə, tələb təklifi 2 dəfədən artıq üstələdiyi üçün yerləşdirilmə zamanı emissiya prospektində qeyd olunan qaydada bölüşdürülmə aparılıb. Bölüşdürülmə zamanı fiziki şəxslərin abunə sifarişlərinə üstünlük verilib.

    Maliyyə Bazarlarına Nəzarət Palatası İstiqrazların yerləşdirilməsinin yekunlarını təsdiq edib.

    Oktyabrın 17-də istiqrazlar üzrə hesablaşmalar MDM tərəfindən tamamlanıb. Beləliklə, istiqrazlar üzrə faizlərin (kupon məbləğinin) hesablanması ötən gündən etibarən başlayıb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Azərbaycan vətəndaşları SOCAR-a investisiya yatırmaq imkanı qazanırlar

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan vətəndaşları üçün yeni investisiya imkanı təqdim etməyə hazırlaşır. Bu barədə SOCAR-dan bildirilib....

    SOCAR: Benzinin qiyməti sabit qalacaq

    SOCAR son günlər KİV-də Azərbaycanın Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli Sərəncamı və eyni tarixli 307 və 308 saylı qərarları ilə əlaqədar müəyyən anlaşılmazlıqlara səbəb ola biləcək müxtəlif şərhlər və açıqlamalar...

    SOCAR-ın köhnə binası kimə veriləcək?

    Bu ilin mayında açılışı olan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binası hələ istifadəyə verilməyib....

    SOCAR "Qazprombank"la əməkdaşlıq müqaviləsi imzaladı

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və "Qazprombank" İdarə Heyətinin sədri Andrey Akimov Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində əməkdaşlıq haqqında müqavilə imzalayıblar....

    SOCAR "Petkim"dəki səhmlərinin satışına aydınlıq gətirdi

    SOCAR Türkiyə şirkəti "Petkim"də sahib olduğu hissə payından 2,75 %-ni blok satış üsulu ilə xarici investisiya fonduna satıb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.