xəbər portalı

    “Həmişə görüləcək işlər görülmüş işlərdən çox olur”

    Bölmə: Müsahibə Dərc olunan tarixi: 29-06-2017, 10:44
    “Həmişə görüləcək işlər görülmüş işlərdən çox olur”“Qələmə bağlı ömür” rubrikasının növbəti qonağı Ruslan Dost Əlidir. Ruslan Dost Əli (Cahangirli) 1993-cü ildə Bərdə rayon Xanərəb kəndində doğulub. 2011-ci il Xanərəb kənd orta məktəbini bitirib və 2012-ci ildən müntəzəm olaraq mətbuatda şeirləri dərc olunur. 2015-ci ildə Şahmar Əkbərzadə adına “Beynəlxalaq Ədəbiyyat Mükafatı”na layiq görülüb. Elə həmin ili Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkil etdiyi “Vətənin pərvəri ol” müsabiqəsində I yeri qazanıb. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. “Gənc Ədiblər Məktəbi”nin məzunudur. Bir kitab müəllifidir və Prezident təqaüdçüsüdür. 2015-ci ildə Qazağıstan Respublikasının Türküstan şəhərində yerləşən Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Univeristetinin Sosial elmlər fakültəsinə qəbul olub.

    – Ruslan bəy, təhsil aldığınız ali məktəb Xoca Əhməd Yəsəvinin adını daşıyır. Babamızın yurdu Türküstan şəhərində təhsil aldığınızı bura əlavə etsək, sanki bir dərvişlik missiyasının daşıyıcısız?
    – Əlbəttə ki, Türküstan dedikdə ilk ağlımıza gələn Sizin də dediyiniz kimi, Türk dünyasının mənəvi həyatında əsrlərdir təsiri davam edən, “Pir-i Türküstan”, “Həzrət-i Türküstan” namı ilə anılan XI əsrin böyük və məşhur mütəfəkkiri kimi tanınan Xoca Əhmət Yəsəvidir. Dünyanın dörd bir tərəfində müharibələrin baş verdiyi, insanlığın məhv edildiyi bir zamanda ulu Türküstan torpağında, Yəsəvi türbəsinin önündə insan özünü Allaha daha yaxın hiss edir. Əlbəttə, bu düşüncələrimin arxasında Yəsəvinin dinə, islama böyük önəm verməsi dayanır. Onun tək amalı islamı dünyaya yaymaq, onu hamının başa düşəcəyi bir dildə anlatmaq və insanların islamı tanımasını təmin etməsi olub. Bu gün də onun hikmətləri, düşüncələri biz gəncləri aydınlatmağa davam edir. Hazırda Ə. Yasəvinin adını daşıyan, beynəlxalq status almış universitetdə Türk dünyasının əhatə etdiyi 30-dan çox ölkədən gəlmiş tələbə təhsil alır. Onların arasında 60-a yaxın azərbaycanlı tələbə də var. Bildiyiniz kimi bu il Türküstan şəhəri “TÜRKSOY” tərəfindən Türk dünyasının “Mədəniyyət paytaxttı” elan edilib. Bu qərar Türküstana diqqəti bir daha artırmış oldu. İl boyu Türküstanda, Ə.Yəsəvi Universitetində Türk dünyası ilə bağlı müxtəlif konfrans və forumlar keçirilir. Keçən ay bizim universitetdə Türk dünyasının ortaq mediyasının yaradılması ilə bağlı böyük konfrans keçirildi və ortaq bir razılığa da gəlindi.
    – Dediniz ki, unersitetinizdə 60-a yaxın azərbaycanlı tələbə təhsil alır. Bu tələbələr Türküstanda təşkilatlanıb, vətənimizi layiqincə təmsil edə bilirmi?
    – Keçən ilin noyabr ayında Azərbaycan Respublikasının Qazaxıstandakı Səfirliyi Türküstana səfər etdi, universitetimizlə tanış oldu. Səfər çərçivəsində Səfir Rəşad Məmmədovla universitetimizin prezidenti Uəlixan Əbdibekov Ə.Yəsəvi Universitetində “Azərbaycan tarixi-mədəni mərkəzi”nin açılması ilə bağlı razılığa gəldilər və memorandum imzalandı. Digər tərəfdən səfirliyin təklifi və dəstəyi ilə burada biz öz təşkilatımızı, yəni Azərbaycanlı tələbələr təşkilatını yaratdıq. Düzdür, təşkilat yaradılmamışdan qabaq da universitetimizdə bəzi tədbirlər keçirirdik, hər il Xocalını anma proqramı təşkil edirdik. Amma təşkilatın yaranması bizim daha operativ çalışmamıza, daha geniş tədbirlər keçirməmizə vəsilə oldu. Elə təşkilatın ilk yarandığı vaxtlar, yəni aprel ayında biz “Azərbaycan Gecəsi” adlı konsert təşkil etdik. Türk dünyasının müxtəlif yerlərindən gəlmiş tələbələrə bir daha vətənimizin tarixi, mədəniyyəti, incəsənəti haqqında ətraflı məlumat verdik, video-çarxlar göstərdik. Yəni tələbə olaraq resurslarımız nə qədər məhdud olsa da, öhdəsindən gəldiyimiz işlər də az deyil. Dünyanın harasında olmağımızdan, hansı işlə məşğul olmağımızdan asılı olmayaraq vətənimizin, millətimizin və dövlətimizin adını hər zaman layiq olduğu yüksəklikdə saxlamaq və o ada daima layiq olmaq hər bir Azərbaycanlının borcudur.
    – Qardaş Qazaxıstanda ədəbiyyat və gənclərin mediyaya çıxışı necədir? Ümumən, Azərbaycana oradakı münasibət haqqında biraz danışardız.
    – Artıq ikinci ildir ki, Qazaxıstanın paytaxtdı Astana şəhərində Avrasiya Beynəlxalq Kitab Sərgisi keçirilir. İkinci sərgi bir neçə gün bundan öncə, iyunun 15-18 aralığında baş tutdu. Sərgidə Türkiyə, Belarusiya, Rusiya, Türkmənistan, İran və müxtəlif dövlətlərin nümayəndələri iştirak edirdi. Təbii ki, bu möhtəşəm sərgidə Azərbaycan da buradakı səfirliyimizin təşkilatçılığı ilə çox yüksək səviyyədə təmsil olunurdu. Sərgiyə mindən artıq kitabla qatılmışdıq. Azərbaycan stendi ilə tanış olan qazaxıstanlı alimlər burada ədəbiyyat, elm və mədəniyyət xadimlərinin əsərləri, eləcə də çağdaş ədəbiyyat nümayəndələrinin kitabları ilə maraqlanırdılar. Sərgidə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qazax dilində nəşr olunan əsərləri, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müəllifi olduğu kitablar, ölkəmiz haqqında rus və qazax dillərində ensiklopedik təyinatlı jurnal və digər nəşrlər də mühüm yer tuturdu. Həmçinin klassik şair və yazıçılarımızla yanaşı Aidə (Eyvazlı) xanımın keçən ilin aprel döyüşlərində həlak olmuş şəhid qəhrəmanlarımıza həsr etdiyi “Qalibiyyət: şahidlər və şəhidlər” kitabı, Kamal Abdullanın iki romanı və Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadənin “Dünya Azərbaycanlılarının Palitrası” kitabı da nümayiş olunurdu.
    Kitablarla yanaşı hər gün bir ölkənin milli musiqisi, adət-ənənəsi, bir sözlə tarixi, mədəniyyəti, incəsənəti və ədəbiyyatı ilə də yaxından tanış olurduq. Sərgi çərçivəsində Azərbaycanın xalçaçılıq tarixi, ənənələri, ölkəmizdə istehsal olunan çay məhsulları, milli rəqsimiz və musiqimiz də orijinal təqdimatda nümayiş olundu.
    Dörd gün boyunca qrafik üzrə sərgidə fasiləsiz iştirakımı nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan bir nömrə idi. Müxtəlif xalqların nümayəndələrinin, eləcə də yerli insanların vətənimizə, millətimizə bəslədiyi sevgini, rəğbəti görmək qürurverici idi. Əksər insanların bizi öz dilimizdə salamlaması, xoş gəldiniz deməsi, ölkəmiz haqqında yüksək fikir söyləməsi, Azərbaycan xalçalarını vurğunluqla seyr etməsi, Nizaminin, Nəsiminin qəzəllərini soruşması, Bakıda olanların şəhərimiz haqqında yüksək təəssüratlarını bizimlə təbəssümlə paylaşması, olmayanların isə təəssüf hissi, bu sevginin bariz nümunəsi idi. Bütün bunlardan əlavə sərgidə gənc şairlər, yazıçılar və jurnalistlər də az deyildi. Bu sərgi həm də gənc nəsillər arasında körpü rolunu oyanayır desək, yanılmarıq. Elə sərginin missiyası da hər şeydən öncə bundan ibarətdir. Bugünkü tanışlıq sabahkı qarşılıqlı mədəni-mənəvi əlaqələrin, sıx münasibətlərin, ortaq layihələrin başlanğıc nöqtəsidir. Bütün bunlar isə təbii ki, birlik və inkişaf deməkdir. Qazaxıstanda belə sərgilər artıq ənənə halını alıb. Astana şəhəri təkcə Qazaxıstanın deyil, Türk Dünyası ilə yanaşı bir çox ölkələrin də astanasına çevrilməkdədir. Əminəm ki, humanistliyi təbliğ edən, millətləri qardaşlığa, birliyə səsləyən bu görüşlər yaxın gələcəkdə bəşəriyyətə öz töhfəsini verəcəkdir.
    – Qeyd etdiniz ki, hazırda Qazaxıstanın Astana şəhərindəsiniz. Oradakı azərbaycanlılar haqqında məlumat versəniz, sevinərdik.
    – Ümumən Qazaxıstanda üç yüz minə yaxın azərbaycanlı yaşayır. Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edən azərbaycanlılar ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışırlar.
    Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanması iki ölkə arasında bir sıra iqtisadi layihələrin uğurla reallaşdırılmasına şərait yaradır. Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfirliyinin də buradakı operativ fəaliyyəti təqdirə layiqdir. Qazaxıstanın Aktau şəhərində artıq Azərbaycanın ilk logistik mərkəzi yaradılıb. Azərbaycan dövlətinin maliyyə dəstəyi, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərsun Holdinq” MMC tərəfindən inşa edilən ümumi sahəsi 4,2 hektar olan logistika mərkəzi 4365 kvadratmetr quru, 4365 kvadratmetr soyuq anbarlardan və digər infrastrukturdan ibarətdir. Kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edən logistik mərkəzi sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra imkan və üstünlük təqdim edir. Başqa bir yaxşı xəbər isə bu il Qazaxıstanın Manqistau vilayətində Azərbaycan-Qazaxıstan dostluq parkının yaradılması oldu.
    Sonda gələcək planlarınızdan danışardınız.
    – Qazaxıstanda olduğum müddət ərzində bütün gücümü iki ölkə arasında ədəbi münasibətlərin inkişafına yönəltmək, müasir yazarların görüşlərini həm Bakıda, həm də Astanada təşkil etmək, əsərləri hər iki dilə çevirmək və hər iki ölkənin ictimaiyyətinə təqdim etmək ideyaları var. Hələlik isə bunlar yalnız dediyim kimi, ideya olaraq qalır. Həmişə görüləcək işlər görülmüş işlərdən çox olur. Vaxtın da bizi gözləmədiyini nəzərə alsaq, deməli, konkret addımlar atmaq lazımdır. Qarşıdakı son iki ildə bu ideyaları həyata keçirməyə çalışacağam. Bir də yeni şeirlər kitabımın burada nəşr olunması ilə bağlı təklif var.


    Söhbəti qələmə aldı:
    Mahmud Əyyubскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Elmar Məmmədyarov TÜRKSOY-un baş katibi ilə görüşüb

    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov TÜRKSOY-un baş katibi Düsen Kaseinovu ilə görüşüb....

    Nazarbayev Azərbaycanın Aktaudakı logistika mərkəzinə getdi
    ---

    Nazarbayev Azərbaycanın Aktaudakı logistika mərkəzinə getdi

    Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev Aktau şəhərində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azersun Holding”in birgə layihəsi olan "Azərsun İstehsal və Logistika Mərkəzi" ilə tanış olub....

    TÜRKSOY 2017-ci ili “Molla Pənah Vaqif ili” elan edib

    Bir neçə gün əvvəl Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib....

    TÜRKSOY-un mənzil-qərargahında böyük şair Səməd Vurğunun yubileyi qeyd olunub

    Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri və milli kitabxanaları tərəfindən Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə anma...

    İstanbulda açılmış ərəb dilində kitablardan ibarət sərgi başa çatıb

    Türkiyənin İstanbul şəhərində “Gulf” türk sərgi xidmətləri təşkilatının təşəbbüsü ilə təşkil olunan İstanbul ərəbcə kitab sərgisi başa çatıb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.