xəbər portalı

    Bakıda Musiqi Bayramı keçiriləcək

    Bölmə: Mədəniyyət Dərc olunan tarixi: 29-06-2017, 10:50
    Bakıda Musiqi Bayramı keçiriləcək Dünyanın 120 ölkəsində və 30 ildir ki, Fransada ənənəvi olaraq qeyd edilən Musiqi Bayramı yenidən Bakıda keçiriləcək.

    Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, peşəkar və professional musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu Musiqi Bayramı təmənnasız olaraq hər kəs üçün, eləcə də ifa olunma tərzindən asılı olmayaraq bütün musiqi janrlarına açıqdır.

    Musiqi tədbirləri iyulun 1-də Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı səfirliyi, YARAT Müasir İncəsənət Mərkəzi, Paris Bistro, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Hard Rock Cafe" və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində keçiriləcək.

    Proqram:

    16:00 - YARAT Müasir İncəsənət Mərkəzi
    Vəfa Qədirova (səs), Taleh Qəhrəmanov (gitara), Aydan Yusupzadə (piano);
    Les Gamins.

    18:00 - Paris Bistro
    Əli İbrahimzadə;
    Albina;
    Ahmedowsky trio;
    Milan Məmmədov.

    20:00 - İçərişəhər, YAY Qalereyasının qarşısı
    Les Gardiens du Silence;
    Todo Band.

    22:00 - Hard Rock Cafe
    Radio & Video band.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Festivalın 2-ci günü Şəki tamaşaçıları Yaponiya musiqi qrupunun konsertini izləyib

    Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 28-də “Marxal” istirahət kompleksinin Yay Teatrında Yaponiyanın “Va-Liqa” musiqi qrupunun konserti olub....

    Böyük Britaniya Müdafiə Nazirliyinin orkestri Bakıda konsert verəcək

    İyun ayının 12-də Böyük Britaniya Müdafiə Nazirliyini təmsil edən “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestri ilə Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi hərbi orkestrının birgə konserti təşkil olunacaq....

    “Zamanla üz-üzə” müasir musiqi layihəsi çərçivəsində növbəti konsert təqdim olunacaq

    Dekabrın 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Zamanla üz-üzə” IV beynəlxalq müasir musiqi layihəsi çərçivəsində konsert proqramı təşkil olunacaq....

    “Azərbaycan şəhərciyi”: yenidən həyat verilən qədim sənət nümunələri maraqla qarşılanıb

    Heydər Əliyev Fondu tərəfindən Parisdə Eyfel qülləsinin yanındakı Jofr meydanında (Place Joffre) təşkil olunan “Azərbaycan şəhərciyi” tariximizi, mədəniyyətimizi tanıtmaqda davam edir....

    Sabah Bakı metrosunda musiqi qrupları çıxış edəcəklər

    “Bakı Metropoliteni” QSC sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə sərnişinlər üçün proqram təşkil edəcək....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.