xəbər portalı

    Nazirliyinin heyəti İtaliyada – Fotolar

    Bölmə: Mədəniyyət Dərc olunan tarixi: 2-06-2017, 15:30
    Nazirliyinin heyəti İtaliyada – Fotolar
    Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti cari ilin 29 may – 1 iyun tarixində İtaliyanın Liquriya və Toskana regionlarına tədqiqat səfəri çərçivəsində həmin ölkənin müxtəlif şəhərlərində bir neçə nüfuzlu təşkilat və mədəniyyət müəssisələri ilə görüşlər keçirilib.

    Səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində baş tutub.

    Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri, Tvinninq layihəsinin Komponent rəhbəri Rafiq Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Nazirliyin bir neçə şöbəsinin əməkdaşlarından ibarət olub.

    Səfər mədəni landşaftla bağlı planlaşdırma, ərazi planlaşdırma qaydalarına transformasiya yolları, eləcə də yerli mədəniyyət müəssisələrinin idarə edilməsi, ənənəvi sənətkarlıq növlərinin tətbiqi, yerli memarlıq, yerli davamlı iqtisadi inkişafa töhfə verən digər mədəni məhsullar, regionlarda marketinq və brendinq üzrə İtaliya təcrübəsinin öyrənilməsini əhatə edib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Bakıda Türkiyənin mədəniyyət günləri keçiriləcək

    Mayın 20-dən 21-dək Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin təşkilatçılığı ilə Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək....

    Mədəniyyət və istirahət parkları icra hakimiyyəti orqanlarının tabeliyinə verilib

    Azərbaycanda mədəniyyət və istirahət parkları icra hakimiyyəti orqanlarının tabeliyinə verilib....

    Bakıda dünya mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü keçiriləcək

    Gələn il mayın 5-6-da keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində yüksək hökumət rəhbərlərinin iştirakı ilə açılış mərasimi, dünya mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü keçiriləcək....

    Metodiki vəsaitlər mədəniyyət işçilərinə təqdim olunub

    Müxtəlif mədəniyyət müəssisələrinin fəaliyyətinə aid Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlərin Bərdədə təqdimatı keçirilib....

    Mədəniyyət və turizm naziri İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək

    Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə kömək edirlər....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.