xəbər portalı

    Bakıda dünya mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü keçiriləcək

    Bölmə: Mədəniyyət Dərc olunan tarixi: 6-12-2016, 11:08
    Bakıda dünya mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü keçiriləcəkGələn il mayın 5-6-da keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində yüksək hökumət rəhbərlərinin iştirakı ilə açılış mərasimi, dünya mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü keçiriləcək.
    Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu barədə YUNESKO-nun baş qərargahında Ümumdünya Mədəniyyətlərarası Dialoq Beynəlxalq işçi qrupunun ekspert görüşü və ali toplantısında qərar qəbul olunub. Tədbirdə o da qərara alınıb ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din və inanc, turizm, təhsil, elm, gənclər, media və s. mövzularda da plenar və panel sessiyalar keçiriləcək.
    Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyi, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəsmilərinin iştirakı ilə reallaşıb. Tədbirdə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib ("Trend").скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Metodiki vəsaitlər mədəniyyət işçilərinə təqdim olunub

    Müxtəlif mədəniyyət müəssisələrinin fəaliyyətinə aid Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlərin Bərdədə təqdimatı keçirilib....

    Əbülfəs Qarayev Türkiyənin yeni səfiri ilə görüşüb

    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb....

    “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda respublika elmi-nəzəri konfrans keçiriləcək

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda respublika elmi-nəzəri konfrans keçiriləcək....

    Mədəniyyət və turizm naziri İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək

    Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə kömək edirlər....

    Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

    İyulun 11-də Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Mətbuat Şurası ilə birgə “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçirib. Tədbirdə “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.