xəbər portalı

    6 dekabr - rabitəçilərin peşə bayramıdır

    Bölmə: Информация Dərc olunan tarixi: 6-12-2016, 10:52
    6 dekabr - rabitəçilərin peşə bayramıdır
    6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür.
    Dekabrın 5-də rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, müavinləri, aparatın şöbə müdirləri, Qaradağ Rayon Məhkəməsinin və rayon ərazisində yerləşən Cəzaçəkmə müəssisələrinin bir qrup işçiləri iştirak ediblər.
    S.Mikayılov peşə bayramı münasibətilə bütün rabitə və informasiya texnologiyaları sahəsi iişçilərini təbrik edib. Bildirilib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilib.
    Azərbaycanda rabitə sahəsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır. Həmçinin, 90-cı illərdə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektoru da inkişaf etməyə başladı, ölkədə bu yeni sektorun inkişafı prosesi sürətlənirdi, Azərbaycanın internet seqmenti genişlənirdi.
    Son illər ərzində beynəlxalq ekspertlər Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişafı qeyd edirlər. İKT sahəsi üzrə gəlirlərin artım tempi son illər ərzində dünya üzrə artım tempini bir neçə dəfə üstələyib. Təkcə 2012-ci il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında sənədlər imzalanıb. Cari ilin noyabrında illik Bakutel sərgi-konfransı ilə yanaşı, Bakıda dünya əhəmiyyətli İnternet İdarəçilik Forumu (IGF 2012) da keçirilib. Bütün bunlar hökumət tərəfindən İKT sektoruna böyük diqqətin yetirilməsini bir daha sübut edir.
    Yığıncaqda Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin fəaliyyətlərinə böyük diqqət və qayğıya görə iştirakçılar adından dövlət başçısına dərin minnətdarlıq ifadə olunub. Tədbirin sonunda Rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə, 06 dekabr - Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə günü münasibəti ilə Qaradağ Rayon Məhkəməsinin 8 əməkdaşı qiymətli hədiyyələr və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.
    6 dekabr - rabitəçilərin peşə bayramıdır скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    İlham Əliyev və xanımı “Bakutel 2016” sərgisində

    Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları “Bakutel 2016” sərgisi ilə tanış olublar....

    “Bakutel-2016” sərgisində dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edəcək

    Noyabrın 29-da Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransı işə başlayacaq. Sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edəcək....

    Ədliyyə işçilərinin peşə bayramı günü Qaradağ rayonunda qeyd edilib

    Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 21-də Qaradağ rayonunda tədbir keçirilib....

    AMEA-nın Naxçıvan Bölməsində informasiya-kommunikasiya texnologiyaları otağı yaradılıb

    Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi bugünkü qloballaşma dövründə daha çox...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.