xəbər portalı

    Düşmən tanklarını 100 km-dən məhv edən Azərbaycanın yeni fırtınası: “Zərbə-KH”

    Bölmə: Hərbi texnika Dərc olunan tarixi: 20-05-2017, 15:30
    Düşmən tanklarını 100 km-dən məhv edən Azərbaycanın yeni fırtınası: “Zərbə-KH”“Zərbə-KH” kumulyativ döyüş başlıqlı kamikadze pilotsuz uçuş aparatı (PUA) düşmənn cəbhənin yüz kilometrədək dərinliyindəki zirehli texnikasını və sığınacaqlarını məhv etməyə imkan verəcək.

    Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov “AzeriDefence”yə müsahibəsində bildirib.
    “Bundan sonra düşmənin – ermənilərin tank, piyada döyüş maşını və digər döyüş texnikası təmas xəttindən kilometrlərlə uzaqda dayanmalıdır. Daha o texnikalar heç bir işə yaramayacaq. “Zərbə” həm düşmənin texnikasının yerini kəşfiyyat etmək, həm də onları “ovlamaq” imkanına sahib son nəsil PUA-lardandır. Bu aparat ordumuza əlavə imkanlar qazandıracaq”, – nazir deyib.

    “Zərbə” PUA-nın qəlpəli-fuqas başlıqlı konfiqurasiyasının testlərinin keçirildiyini və sifarişçiyə təhvil verildiyini deyən nazir Yavər Camalov “Zərbə-KH”nin kumulyativ döyüş başlığının MSN-in Elmi Tədqiqat İnstitutu tərəfindən hazırlandığını vurğulayıb.

    “Bu başlığın PUA-ya inteqrasiyası “Aeronautics” şirkəti ilə birlikdə həyata keçiriləcək. Döyüş başlığı tam olaraq milli istehsaldır. Yaxın 3 ay ərzində “Zərbə”nin kumulyativ başlıqlı versiyasının testlərinə başlamağı düşünürük. Fuqas başlıqlıdan fərqli olaraq çalışmışıq ki kumulyativdə partlayıcı hissəni artıraq ki məhvetmə gücü böyük olsun”, – deyə Y.Camalov bəyan edib.

    Nazir onu da bildirib ki, “Zərbə-KH” 100 km məsafədə kəşfiyyat apara və düşmənə zərbə endirə biləcək. “Orbiter-2” dizaynına əsaslanan “Zərbə” mürəkkəb radiomühitdə belə fəaliyyət göstərə bilir. PUA istifadə edilmədikdə geri qaytarıla bilər.
    /Qaynarinfo.azскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Azərbaycan pilotsuz zərbə aparatları hazırlayır
    ---

    Azərbaycan pilotsuz zərbə aparatları hazırlayır

    “Hazırda kəşfiyyat üçün nəzərdə tutulan pilotsuz uçuş aparatlarından əlavə, yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalına başlamışıq....

    Xocavənddə düşmənə daha bir zərbə: hərbi maşın vuruldu

    Azərbaycan Müdafiə Nazirliyi düşmənin təmas xəttindəki möhkəmləndirilmiş atəş-dayaq nöqtəsinə endirilən daha bir zərbənin görüntüsünü yayıb....

    Azərbaycan "Zərbə" pilotsuz uçuş aparatının seriyalı istehsalına başlayacaq

    Azərbaycan "Zərbə" pilotsuz uçuş aparatının (PUA) seriyalı istehsalına başlayacaq....

    Azərbaycanın "Zərbə" kamikadze-dronları döyüşə hazırdır

    Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olnmuş iclasında müdafiə sənayesi naziri Yavər Camalov prezident İlham Əliyevə raport verərək bildirib ki, onun göstərişi əsasında hərbi sənaye “Zərbə” pilotsuz döyüş...

    Yavər Camalov prezidentə raport verdi: “Zərbə” pilotsuz döyüş aparatları artıq hazırdır!

    Nazirlər Kabinetinin lin birinci yarısının yekunlarına həsr edilmiş iclasında müdafiə sənayesi naziri Yavər Camalov da çıxış edib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.