xəbər portalı

    Hərbi xidmətdən yayınanların işi çətinləşir

    Bölmə: Hərbi qanunvericilik Dərc olunan tarixi: 25-05-2017, 16:00
    Hərbi xidmətdən yayınanların işi çətinləşir
    Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanına yeni səlahiyyət verilir.
    Bu barədə məsələ "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
    Qanunun 53-cü (Həkim sirri) maddəsinə təklif olunan dəyişikliyə əsasən, həkim sirri təşkil edən məlumatın vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilməsi halları artırılır. Belə ki, həkim sirri təşkil edən məlumat (vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan) həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının sorğusu ilə də verilə bilər.
    Hazırkı qanunvericiliyə əsasən, həkim sirri təşkil edən məlumatlar vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə; yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi zəhərlənmələr və zədələnmələr baş verdikdə; istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə; yetkinlik yaşına çatmayanların valideynlərinə, yaxud qanuni nümayəndələrinə məlumat vermək məqsədilə verilə bilər.
    Qeyd edək ki, dəyişikliklərin Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur. (trend)скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər qəbul olundu

    Bu gün Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib....

    Azərbaycanda KİV-ə hərbi senzuranın tətbiqinin şərtləri açıqlanıb

    Azərbaycanda ehtiyac yarandıqda hərbi senzuranın tətbiq edilməsi təklif edilib və hərbi senzuranın nədən ibarət olması açıqlanıb. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında”...

    Ədliyyə Nazirliyi Akif Çovdarovun səhhəti haqda

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov 1 saylı Bakı İstintaq Təcridxanasında həkim nəzarətində saxlanılır....

    Konstitusiya Məhkəməsi referendum qərarı verdi

    Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə...

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Salyanda vətəndaşları qəbul edib

    Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.