xəbər portalı

    Müdafiə Nazirliyi: ermənilər Naxçıvandakı mövqelərimizi atəşə tutdular

    Bölmə: Hərb Dərc olunan tarixi: 7-04-2016, 08:51
    Müdafiə Nazirliyi: ermənilər Naxçıvandakı mövqelərimizi atəşə tutdularAprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən Virtualaz.org-a verilən məlumata görə, aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb.

    "Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən bölmələrimizin cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır", - nazirliyin məlumatında bildirilir.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Səngərin o tayından: ermənilər Talış kəndini belə tərk edir

    Qarabağda aprelin 1-dən 2-nə keçən gecə başlayan irimiqyaslı hərbi əməliyyatlarla bağlı bir çox xarici KİV-lərin reportyorları təmas xəttinə ezam olunublar. Qeyd etmək lazımdır ki, bu sahədə erməni tərəfi xüsusi fəallıq göstərdi...

    Döyüşlər qızışır, ermənilər təmas xəttindən qaçıb Şuşaya yerləşir

    Azərbaycanla Ermənistan silahlı qüvvələrinin bütün təmas xətti boyu döyüşlər yenidən şiddətlənməkdədir. Bu gün Müdafiə Nazirliyi Azərbaycan ordusunun bir zabitinin və bir əsgərinin düşmənin diversiya həmləsinin qarşısını alarkən...

    Cəbhədən acı xəbər

    Son günlər işğal olunmuş ərazilərdə xeyli sayda itkilərə məruz qalan erməni tərəfi uğursuzluqlarının əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb....

    Ermənistan Minsk Qrupunun çağırışını rədd edib

    Ermənistan tərəfi təxribatlarını gizlətmək məqsədilə dezinformasiya yaymağa üstünlük verir....

    Ermənistan ordusu daha bir əsgərini itirdi: Hambarsumyan başından vuruldu

    Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə bu gün səhər saatlarında Müdafiə Nazirliyinin Qafanda yerləşən hərbi hissəsinin atəş poliqonunda əsgər Sevak Hambasumyan başından vurulub....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.