xəbər portalı

    Rusiya ən dəhşətli silahlarını İrəvana yolladı - 18 müqavilə

    Bölmə: Hərb / Hərbi texnika Dərc olunan tarixi: 24-05-2017, 15:15
    Rusiya ən dəhşətli silahlarını İrəvana yolladı - 18 müqaviləRusiya və Ermənistan arasında imzalanmış 200 milyon dollar dəyərində kredit sazişi çərçivəsində silahların çatdırılmasına dair bütün müqavilələr bağlanıb və onların icrasına başlanılıb.

    Razm.info verdiyi məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasətinin idarə rəisi Levon Ayvazyan bildirib.
    Ermənistan Rusiya ilə bu kredit sazişi çərçivəsində 18 müqavilə bağlayıb. Hazırda silahların istehsalı və Ermənistan Silahlı Qüvvələrinə çatdırılması prosesi həyata keçirilir.
    Kreditin ödənilməsi şərtlərindən danışan L. Ayvazyanın sözlərinə görə, bu müqavilələrdən və silahların çatdırılmasının müddətindən asılıdır.
    “Nə vaxt ki, müqavilə üzrə silahların çatdırılması həyata keçiriləcək, o zaman vəsait köçürüləcək”, – deyən L. Ayvazyan hazırda Ermənistan Ordusuna silah və texnikaların çatdırılmasının davam etdiyini bildirib.
    Məlumatda o da qeyd olunub ki, 2016-cı ildə tərəflər arasında imzalanmış kredit sazişinə əsasən Rusiyanın Ermənistanı müxtəlif silahlar və 14 çeşiddə hərbi texnika ilə təmin etməsi nəzərdə tutulub.
    Rusiya ən dəhşətli silahlarını İrəvana yolladı - 18 müqavilə
    Rusiya və Ermənistan hökumətləri arasında 2015-ci ilin iyun ayının 26-da imzalanmış, Ermənistana dövlət ixrac kreditinin təqdim edilməsinə dair razılaşmaya görə Rusiya tərəfi Ermənistana Rusiyada istehsal edilən silahların və hərbi texnikanın alınması üçün 200 milyon dollar məbləğində kredit təqdim edib.
    Mediaya sizan məlumatlara görə, kredit vəsaiti hesabına Rusiya Ermənistana 9K58 “Smerç” reaktiv yaylım atəş sistemləri və onlar üçün 300 mm çaplı 9M531 kumulyativ-qəlpəli elementli döyüş sursatı, T-72 tankının şassisi üzərində TOS-1A sistemi, onun nəqliyyat yükləyicisi (T3M-T –KamAZ bazasında), TOS-1A üçün idarə olunmayan termobarik raketlər, idarə olunan 9M113M raketləri, V-429E markalı partladıcılar, 9P522 “İqla-S” daşınan ZRK buuraxıcı qurğusu və 9M342 “İqla” zenit raketi, 1L222M “Avtobaza” radiotexniki kəşfiyyat sistemi, zirehli texnika üçün V-84 və UTD-20 mühərrikləri, tanklar üçün 1A-40-1 nişangah kompleksinin satışı planlaşdırılıb.
    Atıcı silahlardan müqavilə üzrə ermənilərə RPQ-26 reaktiv qumbaraatanları, 7.62 mm çaplı SVD snayper tüfəngləri, mühəndis vasitələrindən OVP-2 minatəmizləmə komplekti, İMP-S-2 sellektiv mina detektorları, siqnal minaları, EOV-3523 hərbi ekskvatorlar, müxtəlif hərbi təyinatlı kranlar, rabitə vasitələri (P-168-100KAE, P-168-5KHE), “Tiqr” zirehli avtomobilləri, habelə KamAZ və UAZ markalı avtomobil nəqliyyat vasitələri verilməsi nəzərdə tutulur.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Rusiya Ermənistana qaz nəqlini dayandırdı

    İyulun 10-dan avqustun 10-dək Rusiya Ermənistana qaz nəqlini dayandırır....

    Ermənistan parlamenti vahid HHM sistemi haqda sazişi ratikifaskiya etdi

    Ermənistan parlamenti Rusiya və Ermənistan arasında Qafqaz regionunda hava hücumundan birgə müdafiə sisteminin yaradılması haqqında sazişi ratikifasiya edib....

    Vəziyyət gərginləşsə Rusiya Ermənistana “İsgəndər-M” göndərəcək, İran hava sahəsini açacaq...

    Southfront.org ingilis dilli analitik saytı Ermənistanın mümkün NATO-Rusiya qarşıdurmasındakı roluna dair hərbi analiz təqdim edib....

    Vəziyyət gərginləşsə Rusiya Ermənistana “İsgəndər-M” göndərəcək, İran hava sahəsini açacaq...

    Southfront.org ingilis dilli analitik saytı Ermənistanın mümkün NATO-Rusiya qarşıdurmasındakı roluna dair hərbi analiz təqdim edib....

    AZƏRBAYCANLA İSRAİL ARASINDA DAHA BİR İRİ HƏRBİ SÖVDƏLƏŞMƏ

    AZƏRBAYCANLA İSRAİL ARASINDA DAHA BİR İRİ HƏRBİ SÖVDƏLƏŞMƏ...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.