xəbər portalı

    NATO generalı Bakıda - Fotolar

    Bölmə: Hərb Dərc olunan tarixi: 23-11-2016, 20:45
    NATO generalı Bakıda - FotolarNATO-nun Müttəfiq Transformasiya Komandanlığının Ekspert Qrupu tərəfindən Silahlı Qüvvələrdə keçirilən "NATO Günləri" tədbiri çərçivəsində, general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub.
    Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş zamanı nümayəndə heyətinə Azərbaycan-NATO hərbi əməkdaşlığı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramının Azərbaycan Silahlı Qüvvələrində tətbiqi və ölkəmizin NATO-nun həyata keçirdiyi sülhməramlı əməliyyatlara töhfəsi ilə bağlı məlumat verilib, həmçinin NATO ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.
    Görüşdə NATO nümayəndə heyətinin diqqətinə regional təhlükəsizlik məsələləri də çatdırılıb.
    "NATO Günləri" çərçivəsində NATO nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini də ziyarət edib.
    General-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyətinin hərbi məktəbin komandanlığı ilə görüşü keçirilib, hərbi təhsil müəssisəsinin yaranma tarixi, təlim-tədrisi prosesi və digər fəaliyyətlərinə dair ətraflı brifinq təqdim edilib.
    Nümayəndə heyəti hərbi məktəbin kafedralarındakı tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqlarla yaxından tanış olub.
    Qonaqlara müxtəlif ixtisas fakültələrinin döyüş texnikası və təlim trenajorları, atıcı silahlar və digər hərbi təyinatlı vasitələr barədə ətraflı məlumat verilib.
    NATO generalı Bakıda - Fotolar

    NATO generalı Bakıda - Fotolar

    NATO generalı Bakıda - Fotolar

    NATO generalı Bakıda - Fotolarскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    NATO-nun iclasında Qarabağ müzakirə edildi Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İstanbulda NATO Parlament Assambleyasının (PA) 62-ci sessiyası işini davam etdirir.

    Sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir....

    NATO-nun baş katibi Türkiyəyə gəlir

    NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək....

    NATO-nun Türkiyədəki hərbi bazası yaxınlığında güclü yanğın törədildi

    Türkiyənin İzmir vilayətində NATO-ya məxsus hərbi baza yaxınlığında güclü yanğın olub....

    Azərbaycan hərbçiləri NATO tədbirlərində

    İyulun 24-dən 30-dək Əmman şəhərində (İordaniya Haşimilər Krallığı) NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində "məsləhətçi görüş", iyulun 25-dən 29-dək isə Oberammerqau şəhərində (Almaniya Federativ...

    Azərbaycanla ABŞ arasında hərbi məsləhətləşmələr

    Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri üzrə görüş keçirilib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.