xəbər portalı

    Prezident İlham Əliyev: “Ermənilər aprel döyüşlərindən nəticə çıxarmasalar, Lələtəpə kimi bir çox uğurlu əməliyyatlar olacaq”

    Bölmə: Hərb Dərc olunan tarixi: 12-11-2016, 16:13
    Prezident İlham Əliyev: “Ermənilər aprel döyüşlərindən nəticə çıxarmasalar, Lələtəpə kimi bir çox uğurlu əməliyyatlar olacaq”“Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır”.
    APA-nın xəbərinə görə, bu sözləri Füzuli rayonu ərazisində, ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində hərbi qulluqçular qarşısında çıxışında prezident, Ali Baş Komandan İlham Əliyev deyib. O bildirib ki, ordunun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir: “Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşada Azərbaycandır, Xankəndi də Azərbaycandır. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi”.
    Prezident 1994-cü ilin yanvar ayında Füzuli rayonunda aparılan uğurlu əməliyyatı və 22 kəndin işğalçılardan azad edilməsini xatırladıb: “Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri də növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq. Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir və tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var. Biz ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə – bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Ali Baş Komandan ön xətdə əməliyyat şəraiti ilə tanış olub

    Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 12-də Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub....

    "Atəşkəs müvəqqətidir, əhali Qarabağdan qaçır..."

    “Dağlıq Qarabağ Respublikası”nın “baş naziri” Araik Aratunyan aprel döyüşləri ilə bağlı erməni KİV-lərinə müsahibə verib....

    Elçin Quliyev: 'Aprel döyüşlərində Azərbaycan əsgərinin döyüş əzmi Ermənistanın hərbi-siyasi rejimini sarsıtdı'

    "Milli Ordumuzun döyüş ruhu, yenilməzliyi bütün qoşun növlərində özünü göstərir"....

    Zakir Həsənov yeni silahlardan danışdı

    "Mən bir nazir kimi deyə bilərəm ki, təlimlər yüksək səviyyədə keçdi və şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir". Bunu ANS TV-nin "Hesabat" verilişində müsahibəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir...

    Azərbaycan prezidenti: ''Rusiya Baş Qərargahı bildirdi ki...''

    Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Qarabağ tarixi torpaqlarımızdır, ermənilər 19-cu əsrin sonlarında Qarabağa, digər Azərbaycan torpaqlarına Şərqi Anadoludan, İrandan köçürülüb. Hətta Qarabağda ermənilərin köçürülməsinin...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.