xəbər portalı

    Ali Baş Komandan ön xətdə əməliyyat şəraiti ilə tanış olub

    Bölmə: Hərb Dərc olunan tarixi: 12-11-2016, 16:09
    Ali Baş Komandan ön xətdə əməliyyat şəraiti ilə tanış olubAzərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 12-də Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.
    Müdafiə naziri, general-polkovnik Zakir HəsənovPrezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
    Ali Baş Komandan İlham Əliyev komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izləyib.
    Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.
    dövlət başçısı hərbçilərlə görüşüb və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib.
    Prezident aprel ayında baş verən hadisələrə toxunub: “Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törədib. Qəhrəman Azərbaycan ordusu – xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab verib. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurulub və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilib. Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilib. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir. Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlayıb. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərib. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olub. Mən hərbi hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi – tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar”.
    Dövlət başçısı aprel döyüşlərini şanlı qələbə adlandırıb: “Azərbaycan ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan ordusu yenilməz ordudur, istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan ordusunun çox yüksək yeri var. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır, ordumuzda nizam-intizam hökm sürür, maddi-texniki təminatı ən yüksək səviyyədədir”.
    Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.
    Ali Baş Komandan ön xətdə əməliyyat şəraiti ilə tanış olub
    Ali Baş Komandan ön xətdə əməliyyat şəraiti ilə tanış olub
    Ali Baş Komandan ön xətdə əməliyyat şəraiti ilə tanış olub

    скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Prezident İlham Əliyev: “Ermənilər aprel döyüşlərindən nəticə çıxarmasalar, Lələtəpə kimi bir çox uğurlu əməliyyatlar olacaq”

    “Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq....

    Hərbi vətənpərvərlik həftəsinin növbəti tədbiri Horadizdə təşkil olunub

    Azərbaycan Respublikasının Silahlı Qüvvələrində “Bayrağım-varlığım, bəxtiyarlığım” devizi ilə keçirilən hərbi vətənpərvərlik həftəsi davam edir....

    Zakir Həsənov yenidən cəbhə bölgəsindəki hərbi hissələrdə...

    Müdafiə Nazirliyinin rəhbərliyi Ramazan bayramı münasibətilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub....

    Prezident İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib

    İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib....

    Azərbaycan prezidenti: ''Rusiya Baş Qərargahı bildirdi ki...''

    Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Qarabağ tarixi torpaqlarımızdır, ermənilər 19-cu əsrin sonlarında Qarabağa, digər Azərbaycan torpaqlarına Şərqi Anadoludan, İrandan köçürülüb. Hətta Qarabağda ermənilərin köçürülməsinin...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.