xəbər portalı

    Azerbaycana son model herbi texnikalar getirilir

    Azerbaycana son model herbi texnikalar getirilir
    11-13 sentyabr tarixinde Bakı Ekspo Merkezinde Azerbaycanda ve regionda ilk defe olaraq 1-ci Azerbaycan Beynelxalq “Müdafie senayesi” (“ADEX 2014”) sergisi keçirilecek.

    ANS PRESS-in melumatına göre, bu sergi müasir silah ve texnikanın, habele milli müdafie sahesinde Azerbaycanın güc ve qüdretinin böyük paradına çevrilecek. “ADEX 2014” sergisi Azerbaycan Respublikası Müdafie Senayesi Nazirliyi ve Azerbaycan Respublikası Müdafie Nazirliyinin resmi teşebbüsü ve desteyi ile teşkil edilir. Serginin teşkilati terefdaşları “Iteca Caspian” ve “Caspian Event Organisers” (CEO) şirketleridir.

    Herbi serginin keçirilmesi ideyası son iller müdafie senayesi sahesinde elde olunan uğurlarla bağlıdır. Bütün senaye sahelerinde müşahide olunan iqtisadi inkişaf sayesinde Azerbaycan hem regional, hem de beynelxalq bazarlarda mühüm aparıcı fiqur ve strateji terefdaşa çevrilib. Ölke rehberliyinin teşebbüsü ile heyata keçirilen layiheler regionda tehlükesizlik ve emekdaşlığın inkişafına müsbet tesir gösterir. Hemçinin, Azerbaycanın herbi senaye kompleksi de bir sıra irimiqyaslı layiheler heyata keçirerek öz imkanlarını esaslı şekilde genişlendirib. Hazırda Azerbaycan 900 adda müxtelif herbi teyinatlı mehsul, o cümleden bütün növ döyüş sursatı, müxtelif texnika ve silahlar istehsal edir. Azerbaycan Respublikası Müdafie Senayesi Nazirliyi bir çox ölkelerle herbi-texniki emekdaşlığı süretle genişlendirir. Hazırda herbi senaye ele bir seviyyeye çatıb ki, bu cür serginin keçirilmesi zeruret doğurur. Güclü dövlete güclü ordu lazımdır. Azerbaycanın, elece de xarici eksponentlerin herbi müdafie senayesi üzre en son nailiyyetlerini nümayiş etdiren “ADEX 2014” sergisi de mehz bu konsepsiyanı özünde eks etdirecek.

    Azerbaycanın ve xarici ölkelerin dövlet orqanları, biznes daireleri ve senaye strukturları terefinden “ADEX 2014” sergisine gösterilen böyük maraq bu tedbirin aktuallığını ve region üçün ehemiyyetini sübut edir. “ADEX 2014” sergisinde (Bakı Ekspo Merkezinin üç pavilyonunu tam ehate etmekle) dünyanın 34 ölkesinden 200 şirket ve 22 resmi nümayende heyeti iştirak edir. Bele ki, sergide Azerbaycan, Türkiye, Rusiya, Belarus, Koreya, Polşa, İsrail ve Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirecekler. Azerbaycan, Türkiye (37 şirket), Polşa (16 şirket), İsrail (16 şirket) ve Belarus (10 şirket) öz irimiqyaslı ekspozisiyaları ile ferqlenirler. Serginin platin sponsoru Niderland Krallığının “Damen Shipyards Group” gemiqayırma şirketidir. Serginin qızıl sponsoru qisminde ise “Roketsan” (Türkiye) şirketi çıxış edir. “ADEX 2014” sergisine olan böyük maraq Azerbaycanın mühüm strateji terefdaş kimi yüksek rol ve ehemiyyetini bir daha tesdiq edir.

    Ümumiyyetle, senaye müessiselerinin elde etdiyi en yeni nailiyyetlerin nümayişi altı tematik istiqamet üzre heyata keçirilecek: quru qoşunları ve herbi-deniz qüvvelerinin silah ve texnikaları; aviasiya ve aviasiya silahları; hava hücumundan müdafie üzre sistem ve vasiteler; xüsusi teyinatlı vasiteler ve emlak; informasiya texnologiyaları, rabite sistemler / vasiteleri; ordunun inzibati ve texniki teminatı; kosmik texnologiyalar. Serginin kompleks ekspozisiyası dövletin müdafie maraqları çerçivesinde elmi-texniki potensialın güclendirilmesine xidmet etmekle yanaşı, yeni texnoloji proseslerin işlenib hazırlanması üçün de stimul olacaq.

    Sergini geniş işgüzar proqram müşayiet edir ve bu proqramın mühüm hissesini senaye nazirlikleri, istehsalçı şirketlerin rehberleri ve sifarişçilerle ikiterefli görüşler teşkil edecek. 12 sentyabr tarixinde “Jumeirah Bilgah Beach” otelinde “Müasir müharibe metodları ve tehlükesizlik çağırışları” mövzusuna hesr edilmiş konfrans çerçivesinde müasir herbi-texniki siyaset üzre aktual meseleler müzakire olunacaq. Ümumilikde ise konfransda 200-den artıq mütexessis, herbi ekspert, elece de dövlet strukturları ve şirket nümayendelerinin iştirakı gözlenilir.

    Belelikle, “ADEX” sergisi milli herbi senaye potensialının nümayişi, habele herbi senaye kompleksinin müxtelif sahelerinde istifade olunan müasir müdafie texnologiyaları ve nümuneleri, elece de en yeni herbi texnika növleri ile tanışlıq ve beynelxalq emekdaşlıq elaqelerinin qurulması baxımından en semereli meydançadır. Bu cür ixtisaslaşdırılmış serginin keçirilmesi Azerbaycanda herbi senayesinin inkişafına tekan vermekle yanaşı, ölkede istehsal edilen herbi mehsulların dünya bazarında reqabete davamlı olmasına da öz töhfesini verecek.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    AZƏRBAYCANLA İSRAİL ARASINDA DAHA BİR İRİ HƏRBİ SÖVDƏLƏŞMƏ

    AZƏRBAYCANLA İSRAİL ARASINDA DAHA BİR İRİ HƏRBİ SÖVDƏLƏŞMƏ...

    ABŞ və Rusiyanın hərbi gücü

    ABŞ və Rusiyanın hərbi gücü...

    Azərbaycan NATO-ya doğru – yolun harasındayıq?

    Azərbaycan NATO-ya doğru – yolun harasındayıq?...

    Azərbaycan ərazilərini talayan Ermənistanla bağlı şok hesabat

    Azərbaycan ərazilərini talayan Ermənistanla bağlı şok hesabat...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.